Qobustan

Qobustan
Maraqlı məlumatlar
10.09.2017 33
Bakı şəhərinin yaxınlığında tarixi bir məkan var. Bu məkanın adı
Qobustandır. Qobustan - Azərbaycan ərazisində arxeoloji abidələr
kompleksinin mühafizə edildiyi qoruqdur. Qoruq paytaxt Bakıdan 56 km
aralıda yerləşir. 
 
Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta
daş dövrü) abidələri sərgilənir.  Açıq səma altında yerləşən qoruqda
qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti
ilə bağlı digər maddi mənbələr qorunur.
Qobustan qoruğunda mühafizə edilən insan və heyvan təsvirləri ov, döyüş
və rəqs səhnələri ən qədim insanların hansı heyvanları necə və hansı
üsullarla ovladığını öyrənməyə imkan verir. Yallı səhnələri Qobustan
qoruğunun ən maraqlı rəsmlərindəndir.
 
Qədim rəsmlərdən başqa Qobustanda, Böyükdaş dağının ətəyində latınca
yazılmış sözlər aşkar edilmişdir. Bu yazı bizim eradan əvvəl I əsrə
aiddir və Bakının yaxınlığında Roma qoşunlarının olmasından bəhs edir.
 
Qobustanın ilk tədqiqatçısı arxeoloq İshaq Cəfərzadə 1939-cu ildə bu
unikal yerlər barədə ilk dəfə dünya elminə məlumat vermişdir. İshaq
Cəfərzadə Qobustanda 5000-ə yaxın qayaüstu rəsm aşkar etmişdi.
 
1972–ci ildə Qobustanda aparılan arxeoloji qazıntılar nəticəsində on iki
insan skeleti aşkar olunmuşdur. Firuz düşərgəsində açılmış son mezolit
dövrü qəbrindəki insanların kəllə sümüklərinin antropoloji quruluşu,
onların elmi tədqiqi zamanı müəyyən olunmuşdur ki, onlar müasir
azərbaycanlıların əcdadlarıdır.
 
Qobustan adının mənşəyi və anlamı barədə müxtəlif tədqiqatçılar fərqli
fikirlər söyləmişlər. Lakin onlardan ən çox işlədilən fikir toponimin
coğrafi şəraitlə bağlı yaranmasıdır. Həmin fikrə görə Qobustan qobular
və yarğanlar diyarı sayılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!