Azıx mağarası nədən xəbər verir?

Azıx mağarası nədən xəbər verir?
Maraqlı məlumatlar
10.09.2017 59
Azərbaycanda insanların yaşadığı ən qədim mağara Azıx mağarasıdır. Bu
mağara dünyanın ən qədim insan məskənlərindən biridir. Azıx mağarası
Qarabağın Füzuli şəhəri yaxınlığında yerləşir. 
 
1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi
ekspedisiya Azıx mağarasını kəşf etdi və üzərindəki pərdəni götürməyə
başladı. Aydın oldu ki, əjdahaların yox, dünyanın ən qədim sakinlərinin
(onları Azıx adamı adlandırırlar) yaşayış məskəni olub.
 
1968-ci ildə M.Hüseynovun uzun zamandan bəri Azıx mağarasında apardığı
qazıntıların nəticəsi olaraq Neandertal tipə məxsus olan bir insanın alt
çənə sümüyü aşkar edildi. Tapıntı üzərində aparılan tədqiqatlardan
sonra məlum oldu ki, onun ən azı 350-400 min illik bir tarixi vardır.
 
Azıx mağarasında, həmçinin ayının, şirin, kərgədanın, maralın, atın, qabanın və digər vəhşi heyvanların sümükləri tapılmışdır. 
 
Azıx mağarasında ocaq izləri və daş alətləri də tapılmışdır. Bu
alətlərin 1-1.5 milyon il əvvələ aid olduğu söylənilir. Mütəxəssislərin
fikrincə, Azıx mağarasından tapılmış çənə sümüyü qədimliyinə görə
dünyada dördüncü yerdədir. Ondan əvvəlki dövrlərə aid edilən bu növ
arxeoloğı tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilmişdi.
Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı
ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin.
 
Azıx mağarasının sahəsi 800 kv.km.-dir. Azıx mağarası Qafqazda indiyə
qədər aşkar edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti cəlb edir.
 
Vaxtilə dünyanın ən qədim insanlarının yaşadığı bu mağaranın yerləşdiyi
Azərbaycan torpağı 1993-cü ildən etibarən erməni işğalı altındadır və
mağaranın işğaldan sonrakı vəziyyəti haqqında heç bir məlumat yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!