Bəlkə özümüz dəyişək?

Bəlkə özümüz dəyişək?
Maraqlı məlumatlar
10.09.2017 22
Bir çoxlarımız stresin mənfi təsirlərini bilirik, lakin bir daha dərindən düşünməyimiz gərəklidir.
Müasir həyat yaşayış standartlarının yüksəlməsi ilə müşayiət olunur. İnsanlar daha zəngin, daha bilgili, amma daha rahat deyillər. Psixoloqlar, sosioloqlar bütün bunları araşdırmağa çalışırlar.
Duyğular, həyəcanlar, sevinc, kədər, qəzəb, qısqanclıq, xöşbəxtlik və s. beynimizin məhsulu olan reaksiyalardır. Bu reaksiyalar beyin fəalliyyəti ilə əlaqədardır. Xoşbəxtlik hormonlarının (serotonin, endorfin, enkefalin, noradrenalin, dofamin) və ya stress hormonlarının (kortizol, aldosteron və sair) az və ya çox ifraz olunması ilə insanın sağlamlığı arasında böyük bir əlaqə var.
Stress gündəlik həyatımızın bir parçasıdır. Odur ki, bu stressdən özümüzü mümkün olduğu qədər qorumalıyıq. Əsəbiləşən insan vücudundan zəhərli kimyəvi maddələr fışqırır. Əgər bu bir anlıq əsəbiləşməkdirsə, parasimpatik sinir sistemi dövrəyə girərək, beynə "rahat ol, sakit ol, təhlükə keçdi" - mesajını verir. Əsəbimizə qalib gələ bilsək, parasimpatik sinir sistemi dövrəyə girərək, bədənimizdəki zəhərli kimyəvi maddələri təmizləyər və insan rahat olar. Əgər bu stress davamlı olarsa, artıq orqanizm bunun öhdəsindən gələ bilmir və bir çox xəstəliklər formalaşır. Müdrik bir kəlamda deyilir ki, hirslənəndə göz qızarar, hirs soyuyanda üz!... Hər bir əsəbi insan bu məsəli hər zaman xatırlamalıdır.
Stresdən çıxmağı hər insan bacara bilmir. Bunun üçün beyin fəaliyyətinin düzgün çalışması lazımdır. Necə ki, ürəyimiz, qaraciyərimiz, mədəmiz və başqa orqanlarımız xəstələnir, eləcə də ruhumuz xəstələnir. Bu xəstəliklərin ən önəmlisi və çox yayılanı depressiyadır.
Beyin duyğuları və düşüncələri idarə edən orqan olduğu üçün depressiyada duyğusal dəyişikliklər, düşüncə pozulmaları (ağlamaq, kədərlənmək, qüssələnmək, qəfildən kefsizləmək, qorxmaq, yaddaşın itməsi, fikrin tez dağılması və s.) özünü göstərir.
Depressiyaya girən xəstələr çox zaman orqanizmdə nə baş verdiyini anlaya bilmirlər. Həkim-həkim gəzib bütün orqanlarını təhlil etdirirlər. "Bir şeyin yoxdur, sağlamsan" cavabını alsalar da, rahat ola bilmirlər. Bu xəstələrə "haran ağrıyır" sualı yox, "nə problemin var" sualı daha uyğundur.
Adətən, elə fikirləşirlər ki, əzab-əziyyətli günlər keçirən insanlar daha çox depressiyaya düçar olurlar. Lakin depressiyanın səbəbləri müxtəlif ola bilər. Depressiya zəif insanların xəstəliyi deyil, əksinə, həddindən artıq məsuliyyət duyğusu daşıyan, ailə və dost əhatəsində hər kəsin köməyinə çatan, hər yükün altına girən insanlar depressiyaya daha yaxındırlar. Hər işi qüsursuz görməyə çalışan insanlar, xüsusən qadınlar depressiyaya daha çox məruz qalırlar. Çünki, bu insanların beyni daima məşğuldur. Başqa insanlar dəqiqədə on problem haqqında düşünürlərsə, bu insanlar min problem haqqında düşünürlər. Daima mükəmməl və qüsursuz iş görmək istəyi onları tez yorur. Halbuki həyatda mükəmməl deyə biləcəyimiz bir şey tapmaq çox çətindir. "Lap yaxşı yaxşının düşmənidir" - deyərlər. Diqqət tələb edən insanlar (xüsusən qadınlar) daha çox depressiyaya yaxındır. Belələri çox vaxt gərgin, qayğılı, neqativ düşünən insanlar olduğu üçün stresə daha tez düşürlər.
Keçmişin peşmançılıqları, gələcəyin qorxusu ilə yaşayıb indiki xoşbəxtliyini görməyənlər, gündəlik həyatın ən xırda problemlərini böyüdüb həyati vacib məsələlərə zamanı çatmayan insanlar stresin, depressiyanın lap yaxınlığındadırlar... Elə isə sarayda kədərli, zindanda xoşbəxt olmaq insanın öz əlindədir. Bu haqda Dostayevskinin məhşur bir aforizmi var: "İnsanların çoxu xoşbəxt olduqlarını bilmədikləri üçün bədbəxtdirlər!"
Daima özünü inkişaf etdirməyə çalışan, duyğularını, düşüncələrini və davranışlarını ölçülü və sabit idarə edən insanlar stresdən uzaq olacaq.
Odur ki, dünyanı dəyişmək yerinə özümüzü dəyişək. Dəyişək ki, streslə dolu həyatdan ən az zərərlə çıxaq...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!