Yaşadıqlarımızdan dərs almağı bacaraq!

Yaşadıqlarımızdan dərs almağı bacaraq!
Maraqlı məlumatlar
10.09.2017 25
Olmasını istəmədiyin bir şey yaşadığında peşmanlıqmı duyarsan yoxsa sevinərsənmi deyə soruşmuşlardı bir gün... O gün bunun mənasını bilmədiyimdən-çünki yaşamamışdım belə bir şey hər şey istədiyim kimi olduğundan bəlkə də-bir cavab verə bilməmişdim...

Amma indi düşünürəm də əslində peşmanlıq duyursan, amma çox amma az duyursan kifayət qədər. Daha sonra acı dolu günlər başlayır. Bəzən göz yaşları... Deyərkən həyatdan qopursan... Amma ətrafındakıları üzməmək üçün də rol oynamağa başlayırsan... Ətrafındakılar sənin yaxşı olduğunu düşünsün istəyirsən amma o peşmanlıq hər an sənin ağlında olur...
Xoşbəxt ola bilmirsən, amma xoşbəxtmiş kimi davranırsan... Təkkən ağlayırsan, təkkən onu arzulayırsan... Onunla danışır səni sevirəm deyirsən bəlkə arada dön artıq dözə bilmirəm. Amma dönmür bəlkə də dönə bilmir...Nəticədə tək qalırsan. Onsuz qalırsan Sonra özündən ətrafdakılardan qaçmağa başlayırsan. Onun xəyaliyla yaşamağı daha çox istəyirsən Özünü həyatdan soyudursan. Onu düşünmək onun xəyaliylə danışmaq sənə yaxşı gəlməyə başlayır. Ya da sən elə sanırsan...
Amma olmur ... Yavaş yavaş mənliyini itirirsən. Onun xəyaliylə yatır onun xəyaliylə qalxır Onun xəyaliylə danışır onunla yemək yeyir onunla gəzirsən Bəlkə sən xoşbəxt olursan Amma ruhun buna dözməməyə başlayır. Ruhunu itirirsən sonra...
Ətrafındakılar bunun fərqinə vardığında çox gec olur. Sən bütün mənliyini onun xəyaliyla qapamış olursan Bəli, sən xoşbəxt olursan. Amma əslində ruhun kədərli ruha çevrilir...
Aradan günlər keçir. Hər şeyi anlamağa başlayırsan... Amma ruhun bunu qəbul etmir Sənin hər şeyin o olur. Xilas olmaq istəyirsən amma edə bilmirsən, çünki ətrafında köhnədən var olan dostlarını tapa bilmirsən Ağlayırsan sonra...
Əvvəl bir neçə damla sonra bir yağış seli... Ağlayırsan həm də çox çox... Təkliklər içində qalırsan... Və yaxşılaşmaq üçün çalışırsan. Sənin yaxşı olma səylərini fərq edən dostların yenə yanına gəlməyə və yaxşı olmağına kömək edərlər. Gün keçdikcə yaxşı olarsan.. Amma içində ki peşmanlıq heç keçməz. Kaş ki, yaşanmasaydı kaş ki, olmasaydı deyərsən...Günlər sonra təkrar aşiq olarsan. Amma bu səfər keçən olan şeylərin olmamasına diqqət yetirərsən.. Necə də olsa dərs almısan...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!