Oğlan qızdan nə vaxt bezir?

Oğlan qızdan nə vaxt bezir?
Maraqlı məlumatlar
10.09.2017 88
Oğlan qıza sevirəm deyirsə, əslində isə fikri ciddi deyilsə ;
- Qızı hansısa müğənni və ya aktrisaya bənzədir;
- Qıza hamının dediyi adi komplimentləri deyir;
- Qızın keçmiş sevgililəri ilə maraqlanır;
- Qıza xarici görünüş və geyimlə bağlı məsləhətlər verir;
- Qızın valideynlərinin adını, xoşladığı filmi və şirniyyatı yadında saxlamır;
- Qızın ətrinin adını tez öyrənir, telefonun ilk 3 nömrəsini əzbər bilir.
- Qıza şampan dənizi və şam işığında romantik görüşlər vəd edir;
- Görüşün tez bitməsini istəyir, qızı tez avtobusa əyləşdirib, tək yola salır;
- Dostlarının məclisinə onu dəvət edir, sonra isə dostlarının fikrini qıza bildirir;
- İşdə diqqət mərkəzində olmasından, hansı maşınları və idman növünü xoşladığından saatlarla danışır;
- Qız ancaq əyləncədən, başqa qızlardan danışanda maraqla qulaq asır. Əgər qız ailə problemlərindən, iş və dəsrlərindən danışırsa, söhbəti yarımçıq kəsir;
- Gec ailə quracağını, hələ ailə məsuliyyətinə hazır olmadığını, evli dostlarının «bədbəxt taleyini» eyhamla vurğulayır.
Oğlan qızı həqiqətən sevir, onunla ailə qurmağı planlaşdırırsa;
- Etiraf edir ki, əvvəlki romanları heç bir dəyər kəsb etmir, bu vaxta kimi mənasız yaşayıb;
- Qıza bu vaxta qədər heç kimin demədiyi tərifləri edir;
- Qız köhnə dost və ya tanışlarından danışanda qanı qaralır, etirazını bildirir;
- Qızın uşaqlıq hekayələrinə və valideynləri haqqında danışdıqlarına maraqla qulaq asır;
- Qızı az qala hər gün evə ötürməyə can atır və bundan heç vaxt yorulmur.
- Köynək, kostyum alarkən qızla məsləhətləşir;
- Qızın ailəsi ilə tanışlığa can atır;
- Qızın təhsili, işi, problemləri ilə maraqlanır, məsləhətlər verir;
- Qızı dostlarından uzaq tutur;
- Evli kişilərə həsəd apardığını gizlətmir;
- Qızdan çoxlu övladının olmasını arzulayır və s.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!