Qonaq getmə - Nəzakət və davranış qaydaları

Qonaq getmə - Nəzakət və davranış qaydaları
Maraqlı məlumatlar
10.09.2017 48
Nə qədər səmimi olursunuz olun, zi­yarət edəcəyiniz in­san­ları əv­vəl­cədən məlumatlan­dır­maq lazımdır. Əsas prin­sip dəvətsiz qonaq olma­maq­dır.



Ziyarətin – qonaq getməyin qısa və zamanlı (yerində) olmasına çalışmaq lazımdır.



Görüşmə saatına maksimum də­rə­cə­də riayət etsəniz yaxşı olar.



Qapını döydükdən sonra qapı­nın düz ağzında deyil, da­ha geridə – evin içini görə bilmə­yə­cək şəkildə qapı­nın açılmasını gözləyin.



Təmiz və nizamlı bir şəkildə, müm­künsə bir hədiyyə ilə ziyarət edil­məlidir.



Evə girərkən ev sahibinin yer gös­tər­məsini gözləmək lazımdır və bu zaman ətraf maraqlı şəkildə seyr edil­­mə­məlidir.



Ev sahibi adətən stolun başında əy­lə­şir. Giriş qapısı ilə üzbəüz duran stul stolun başı hesab olunur. Əgər qa­pı yan tərəfdədirsə, küçəyə istiqa­mə­tin­də­ki pəncərəyə ba­xan stul sto­lun başı hesab olunur. Ev sahibinin sağ tərəfi bi­rinci, sol tərəfi ikinci hör­mətli yer sa­yı­lır.



Stolda oturarkən diqqətiniz ev sa­hi­bi və digər qonaqlar üzərində ol­sun. Hər iki ayağınızı da yerə basın, ayaq­larınızı çarpaz şəkildə açıb-bük­mə­yin.



Yeməklər ev sahibinin sağ tərə­fin­dən başlayaraq pay­la­nır və qablar otu­ranın sol tərə­fin­dən yığılır.



Yemək süfrəsi qurulduğu zaman ev sahibi dəvət etmə­dən oturmamalı və ev yiyəsi yeməyə başladıqdan son­ra ye­mə­yə başlamaq lazımdır.



Məclisdə adam çoxdursa, yu­xa­rı­dakı qayda pozula bi­lər. Belə ki, 3-4 ada­­ma yemək pay­la­dıq­dan sonra tək­lif göz­ləmədən yeməyə başlamaq olar.



Xüsusi bir pəhriz saxlayır­sı­nız­sa, bunu ev sahibinə əv­vəlcədən bildir­mə­lisiniz. Beləcə, boş­qa­bda ye­yil­mə­miş (artıq) yemək saxla­maz­sınız.



Əgər yemək xidmətini özünüz edə­cəksinizsə, əsla boş­qa­bınızı çox dol­durmayın. Yeməklə bağlı edəcə­yi­niz il­ti­fatlarda həddi aşmamağa çalışın.



Dolu butulkadan içki süzərkən əv­vəl öz qədə­hi­nizə bir az süzün. Qo­naqların qədəhlərinə içki süzdükdən son­ra öz qədəhinizi doldurun.



Yemək bitdikdən sonra boş­qa­bı­nızı kənara itələməyin, ev sahibinin ta­bağınızı götürməsini gözləyin.



Yeməyi bəyən­mə­sə­niz də bunu hal və davranışlarınızla bəlli et­mə­mə­li­si­niz. Qonaq umduğunu yox, tap­dı­ğını ye­yər və mədəni bir şə­kil­də ev sa­hi­binə təşəkkür edər.



Ev sahibi də qonaqlığa gəlmək is­tə­yənləri mümkün ol­duq­ca rədd et­mə­­məlidir.



Ev sahibi bütün qonaqlarına ey­ni də­rəcədə yaxınlıq və gülərüz gös­tər­məlidir.



Ev sahibi evi təmiz saxlamalı və la­zım olan hazırlığı etməlidir.



Qonağın yanında tez-tez saata bax­mamalı, sıxıldığını (narahat oldu­ğu­­nu) bəlli edən hal və davra­nış­lar­dan çəkinməlidir.



Qonaqlara nə isə təklif edərkən bir-iki dəfədən artıq təkid (israr) edil­mə­məlidir.



Qonaq ayrılarkən ev sahibi zi­ya­rət­dən duyduğu məm­nu­niyyəti dilə gə­tir­məlidir.



Qonaqlıqdan ayrılma vaxtı gə­lin­cə mümkün olduğu qə­dər tez qalx­ma­lı və vidalaşmanı uzatmamalısınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!