Telefonla danışıq qaydaları

Telefonla danışıq qaydaları
Maraqlı məlumatlar
10.09.2017 34
Zəng edən adam qarşı tərəf­də­ki­nə özünü təqdim etmə­li­dir (tanıt­ma­lı­dır).



Adi həyatda olan nəzakətli danışıq qaydalarına telefon­la danışarkən də riayət etmək lazımdır.



Katib (katibə) vasitəsilə edilən te­le­fon görüşmələrində aşağı vəzifədə ola­nın telefonu yuxarı vəzifədə ola­na bağ­lanmalıdır.



Zəng edən ölçülü və nəzakətli bir dil işlədərək istəyini uyğun bir səs tonu ilə başa sal­malıdır.



Telefon danışıqlarında dəstək diq­qətlə götürülməli və yerinə yavaşca qoyulmalıdır.



Səhər saat 10:00-dan əvvəl, ax­şam isə saat 22:00-dan son­ra zəng edil­məməlidir (xüsusi hallar xaric).



Telefonda mümkün qədər gizli möv­zular da­nı­şıl­ma­malıdır.



Bir mağazada satıcı sizə xidmət edər­kən cib telefonu ilə danışmayın.



Cib telefonu ilə danışarkən səsi­ni­zin yuxarı-aşağı olma­sını tən­zim­ləyin.



Cib telefonları uyğun olmayan yer və zamanlarda – iclaslarda, dərs­lər­də (treyninqlərdə), kitab­xa­na­la­rın oxu zallarında, kino-teatrlarda, xəs­tə yanında, yuxarı vəzi­fə­li şəxsin qə­bulunda və s. yerlərdə bağlı saxlan­ma­lıdır.



Avtobusda, taksidə, qatarda və s. ictimai yerlərdə müm­kün qədər mobil telefonunuzun zəngini aşağı qoyun. Bu kimi yerlərdə telefon danışıqlarının da qısa olmasına çalış­maq lazımdır.



Dayanacaqda minik gözləyərkən, izdihamlı küçədə gə­zərkən, növbə gözlərkən (mağazada və ya bulaq ba­şın­da) cib telefonunuza zəng gələrsə, bir tərəfə çəkilərək ca­vab vermək yaxşıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!