Müasir insan necə olmalıdır

Müasir insan necə olmalıdır
Maraqlı məlumatlar
10.09.2017 154
Son dövrlərdə müasirlik, müasir insan olmaq söz­lə­rin­dən tez-tez istifadə edi­lir. Əslində müasirlik nə demək­dir? Müasir insan necə olmalıdır, hansı xüsusiyyətlərə sahib olmalıdır? Bunu bilmək üçün aşağıdakı normativlərə ba­xa bilərsiniz. Bu normativlər Avropa, Amerika və Ya­po­n sosioloqlarının gəldiyi ümumi rəy əsasında formalaş­mış­dır. Bu xüsusiyyətlərə sahib olan insanlar müasir insan sayıla bilər. Amma sizdə bu xüsusiyyətlərdən hər han­sı biri yox­dur­sa, deməli, siz tam müasir insan sayıl­mır­sı­nız.

Müasir insan başlıca olaraq bu xüsusiyyətlərə sahib olmalıdır:



1. AÇIQFİKİRLİLİK – Başqalarının davranış və danışığını izlə­mək və dinləmək, lazımdırsa öz münasibətini bildirmək.



2. MÜSTƏQİLLİK – Maddi və mənəvi (düşüncə) sərbəst ol­maq. Doğrunu əyridən ayırmaq, düzgün qərar vermək.



3. MƏQSƏDLİLİK – Həyatda qarşısına bir məqsəd qoyub onun üçün çalışmaq.



4. PROQRESSİVLİK – Hər zaman irəliyə, mükəmməlliyə, inki­şa­fa can atmaq.



5. AKTİVLİK – Hər yerdə aktiv insan olmaq, ətrafda olan hadisələrə, problemlərə lazım olduqda müdaxilə etmək.



6. MƏLUMATLILIQ – Yaşadığı zamana, məkana, tex­ni­kaya, sistemə və s. hər şeyə aid məlumata sahib olmaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!