Salamlaşma

Salamlaşma
Maraqlı məlumatlar
10.09.2017 25
Qaydaya görə gənclər yaşlını, aşağı vəzifəli yu­xarı vəzi­fə­li­ni, minikdə olan piyadanı, yuxarıda olan aşağı­da­kı­nı, ayaqüstə olan oturanı, gələn ora­da olanları, ayrı­lan ay­rıl­dığı yer­də qa­lanları salam­la­ma­lı­dır.

Qapalı yerlərdə kişi qadına, açıq yer­lərdə və cəmiyyət (el) arasında qa­dın kişiyə salam ver­mə­lidir.

Bir dəvət və ziyarətdə əvvəl ev sahi­bə­si, sonra ev sahibi, daha sonra di­gər­ləri salamlanır.

Eyni yaşda (təbəqədə) olanlarda ilk salam verən ən nəzakətli sayılır.

Rəsmi salam verərkən xəfif baş hə­rə­kəti ilə birgə, yerinə görə, «Xoş gəl­diniz», «Xoş gördük», «Saba­hı­nız (gün­or­ta­nız, ax­şa­mınız) xeyir», «Hər vaxtınız xeyir» «Salam­əley­­küm», «Gü­lə-gülə», «Uğur­lar» və başqa söz­lər işlət­mək olar.

Salamı almaq verməkdən daha va­cib­dir. Rəsmiyyətdə və ya adi hə­yat­da ve­ri­lən salam eyni, ya da uy­ğun tərz­də alınmalıdır. «Xoş gəl­din»ə «xoş gör­dük», «axşamınız xe­yir»ə «hər vaxtınız xeyir» və s. de­yil­məlidir.  «Saba­hı­nız xeyir» deyə­nə «əleykümsalam» deyilməz.

Rəsmi yerdə üst vəzifəli bir şəxs içə­ri­yə girərsə, alt vəzi­fə­lilər (xanım da olsa) ayağa qalxaraq başları ilə salam verirlər. Ancaq ictimai yerdə üst vəzifəli bir şəxs içə­ri­yə girərsə, alt vəzifəlilərin ayağa qalxmağı la­zım deyil; sa­də­cə başlarını bir az əyə­rək və üst vəzifəli ilə göz təması quraraq salamlamaları kifayətdir.

Gün ərzində bir neçə dəfə qarşıla­şan insanları hər dəfə salamlamaq lazım deyil. İlk qarşılaşmada salam­la­maq və son ayrılışda uğurlamaq ki­fayətdir.

İctimai yerlərdə və camaat arasında xanımlar kişinin sa­la­mını baş əyə­rək qarşılıq verirlər. Ancaq kişi yaş­lı və ya vəzifəli şəxsdirsə, xanımlar ayağa qalxar kimi edər­lər.

Salamlaşma əsnasında şişirdil­miş da­nışıq və davra­nış­lar­dan qaçmaq lazımdır.

Dövlət böyükləri (prezident, na­zir, baş­çı), xarici döv­lət adam­ları yol­dan ke­çər­kən və ya qarşılaşılan hər hansı bir yer­də hör­mət ifadəsi ola­raq ayaqüstə qürurla salam­lanır. Dəfn mə­ra­sim­lərində cənazə, qal­dı­rı­lan bay­raq, səsləndirilən himn də bö­yük qü­rurla ayaqüstə sa­lam­la­nır.

Salamlaşma sözlə olduğu kimi baş əymə, əl qaldırma, papaq çıxarma, tə­zim etmə  və s. ilə də ola bilər.

Salamlanan adamın yanında olan­lar salam verəni tanı­ma­salar da sa­lamlanan adamla bir­lik­də salam al­ma­la­rı nəzakət qaydasıdır.

Bir qrupu qarşılama əsnasında qru­pu qarşılayan şəxs qarşıladığı qrup­dakı insanlardan bir qismini tanı­ma­ya bilər. Bu kimi vəziyyətlərdə qarşıla­ma­ğa çıxan şəxsi ta­nıyan adam yanın­da­kı­la­rı qarşı­la­yan in­san­la tanış et­mə­ləri la­zım­dır.

Tanış iki nəfərin küçədə qarşı­laş­ma­ları halında bir-bi­rilərini salam­la­ma­ları, yolu tutmadan bir kənara çəki­lə­rək danışmaları və ya gedə-gedə danışmaları uyğun sa­yılır.

Camaat çox (gediş-gəlişin gur ol­du­ğu) olan yerlərdə ta­nış­ların bir-biri ilə salamlaşmalarına baxmaya­raq, ta­nış olmayanların salam­laş­ma­sı əsa­sən mümkün deyil. An­caq şəhər kənarında, tən­ha yerlərdə və iş üçün gedilən hər hansı bir yerdə qar­şı­la­şan insanların bir-biri ilə sa­lam­laş­ma­la­rı yerinə düşər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!