Görüşərkən əl sıxma

Görüşərkən əl sıxma
Maraqlı məlumatlar
10.09.2017 19
Kişilər görüşəndə adətən həmişə əl verib görüşürlər, qa­dınlarda isə bu va­cib deyil.

Əl sıxma insan əlaqələrində güvən, sevgi və səmimiyyət biruzəsi olaraq bir növ salamlama metodudur. Am­ma rəs­miyyətdə ilk əl uzatma haqqı ti­tul, rütbə və vəzifəcə yuxarı olana aid­dir.

İctimai həyatda isə əl uzat­ma haqqı ev sahibinə, yaşca böyük ola­na, xanıma və sosial status ba­xı­mın­dan yuxarı olana aiddir.

Əl sıxma zamanı nə qüvvət yox­la­ması aparırmış kimi çox sıxmaq, nə də əlin ölü balıq kimi uzadılıb bura­xıl­ması doğru sa­yı­lır.

Doğru olan əlin qarşıdakı insanın əli­ni qavra­ya­caq şəkildə tu­tulma­sı­, əl sıxmanın canlı və daxildən olmasıdır. Əl sıx­ma­­da soyuq dav­ran­maq, əli heç tər­pət­mə­dən quru-quru uzadıb əl tu­tuş­­maq qarşı­dakı tərə­fin­dən yaxşı qar­şı­la­maz, soyuq­luq yaradar. Ey­ni zamanda əl sıxma uzun çəkməməli və qollar müqa­vilə bağlayanlar kimi yel­lən­mə­məlidir.

Uzadılan əli qəbul etməmək böyük hörmətsizlikdir. Ayrıca əl sıx­ma­maq adamın özünə və qar­şı­da­kı­na güvə­ni olmadığını göstərir.

İki-üç nəfər olan yerdə əl sıxmağa ən üstdən (böyükdən) başlanır. Ki­şi­lər görüşərkən ayağa qalxarlar, xa­nımlar qalxmaya bilər. Ancaq rəs­mi yerdə və rəislərlə görüşər­kən xa­nımlar da ayağa qalxmalıdır.

Üç və daha çox adam olan qrup ilə görüşərkən əl ver­mək vacib deyil.

Kişilər görüşərkən əlcəyi mütləq çı­xar­malıdırlar. Qadın­lar isə bunu et­mə­yə bilərlər.

Kafedə, məclisdə – yemək əsna­sın­da əl verib görüşmək vacib deyil. Yün­gülcə başı tər­pət­mək və ya stul­dan bir az qalxaraq təzim etmək ki­fa­yətdir.

Sa­lam­laşma zamanı kişilərin diq­qət­li olmağı vacib­dir. Ümumiyyətlə, cəmiy­yə­ti­miz­də qadın əlini uzat­ma­dıq­ca kişinin əl uzatmağı xoş qar­şı­lan­maz.

Əl sıxmada (əl ilə görüşmələrdə), yu­xarı vəzifədə olan­la­rın və yaş­lı­­la­rın öncə əl uzat­maları, bunu gö­rən aşa­ğı və­zifədə olan qadın və ki­şi­lə­rin əllə­ri­ni uzadaraq gö­rüş­mələri ümu­mi dav­ra­nış qaydalarındandır.

Böyük din adamları – sey­yid, imam və s. əlindən öpmək gö­zəldir. Kü­çədə gö­rü­şərkən əl öp­mək olmaz. Hör­mət əlaməti kimi aza­cıq qa­bağa əyilib iki əlli gö­rüş­mək məs­lə­hət­dir.

Kiçik uşaq­ların yanağından öp­mək olar. Böyüklərin öpüşməsi isə son il­lər­də məsləhət deyil.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!