Müraciət və xitab etmə

Müraciət və xitab etmə
Maraqlı məlumatlar
10.09.2017 16
İctimai yerlərdə və üz-üzə görüş­lər­də adın sonuna «xa­nım» və ya «bəy» sözlərini əla­və edə­rək müraciət etmək yaxşıdır (Rə­him bəy, Almaz xanım). Adların sonunda hörmət mənasında «müəllim» sözünü də işlətmək olar (Musa müəllim, Əyyub müəllim).

Rəsmi yerlərdə adla­rın əvvəlində «hör­mət­li», «cənab» söz­lə­ri­ni isti­fa­də etmək nəzakət qaydasıdır.

İctimai sahələr və həyatda yığıncaq­lar­da, tədbirlərdə döv­lət, hökumət adamlarına və yuxarı idarəçilərə rəs­mi adları ilə müraciət edilir (Hör­mətli nazir, cənab rəis).

Eyni səviyyədə və kiçik olanlara rəs­mi yerlərdə rəsmi adları ilə (Hör­mətli menecer), yarı rəsmi yerlərdə soyad­la­rı ilə (Cənab Məmmədov), ictimai yerlərdə isə vəzifə­lə­ri, rüt­bə­lə­ri (Hörmətli müdir, Cənab za­bit) ilə müraciət edilir.

Böyük (idarəçi) ilə yaxınlıq varsa, xü­susi yerlərdə və üz­bə­üz əlaqələrdə adamın istəyi ilə və yaxınlıq dərəcəsinə görə Məhəmməd əmi, Qəhrəman dayı və s. xitab etmək olar. Amma belə mü­ra­ciət rəsmi yerlərdə və üçüncü şəxs­lə­rin yanında işlədilməməlidir.

İctimai yerlərdə eyni yaş qrupunda olan tanımadığınız qızlara-qadınlara «xanım», daha səmimi olaraq «bacı»; tanımadığınız oğlanlara-kişilərə «qardaş», «əmioğlu» ki­mi ifadə­lər­lə müraciət etmək olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!