Yemək yemə qaydaları

Yemək yemə qaydaları
Maraqlı məlumatlar
10.09.2017 23
İstər bir dostunuzla yerli bir ye­mək­xanada olun, is­tər də bir restoranda 7 növbəli lüks yeməklər yeyər­kən davranış qay­da­ları hər kəsin yeməkdən ləzzət al­ma­sını tə­min edər.

Budur, bəzi məs­lə­hətlər:

Yeməyə oturmadan əvvəl və ye­mək­dən qalxdıqdan son­ra əlləri yu­maq lazımdır.

Hər kəs yeməyə gələnə qədər və ya hər kəsin yeməyi masaya gələnə qə­dər yeməyə  başla­mayın.

Eyni zamanda ev sahibi və ya bö­yük «buyurun» de­mə­dən yeməyə baş­lamaq uyğun deyil.

Süfrəyə oturan kimi dəsmalınızı (ye­mək üçün dəsmalı) qucağınıza yaxud dizinizin üstünə sərin. Stol­dan qalx­ma­nız la­zım­dır­sa, dəsmalı yemək boşqabının sol tə­rəfinə qo­yun. Qətiyyən stul üzə­ri­nə qoy­ma­yın.

Stulda dik oturun və dir­sək­lə­ri­ni­zi masanın üzərinə qoy­mayın.

Başlıcası çəngəl, bıçaq, ya da qa­şığınızı istifadə et­dik­dən sonra on­la­rın bir daha əsla masa­ya to­xun­ma­ması lazımdır.

İstifadə edilmiş çəngəl, bıçaq və ya qaşıq hər zaman boşqabın içə­ri­sin­də saxlanmalıdır.

Ümumiyyətlə, yeməyi sağ əllə ye­mək yaxşıdır. Çən­gəl­dən istifadə edir­sinizsə onu sağ əldə tut­maq la­zım­dır.

Salfet və ya çəngəl-bıçaq danışıq za­manı yellənməməli.

Salfet ilə ağzınızı silməyin, sa­də­cə to­xunduraraq quru­layın.

Çəngəl-qaşıqla oynamayın. Bun­lar­dan biri əlinizdən düşərsə, əyilib gö­tür­mək lazım deyil. Diqqəti cəlb et­mə­dən stolun üstündən əlavə çəngəl bı­çaq götürün, yox­dur­sa, yenisini is­təyin.

Ümumi yemək qabında öz tə­rə­fi­nizə düşən hissədən yeyin.

Ağzınız açıq vəziyyətdə yeməyi çey­nə­məyin və loxma­ları ağzınızı çox dol­durmayacaq qə­dər kiçik par­ça­lar ha­lında götürün.

Ağzınızda yemək varkən danış­ma­yın və ağzınızı marçıl­datmayın.

Çox sürətlə, yaxud yavaş yemə­yin. Stol başında olan­la­rın sürətinə uy­ğunlaşmağa çalışın.

Masada ikən dişlərinizi qəti qur­ca­lamayın. Əgər çox va­cibdirsə əlüz­yu­yan otağına keçin.

Çörəyinizə yağ çəkərkən hər də­fə kiçik bir parça götür­məyə çalışın və hər zaman əvvəl öz boşqabınıza qo­yun, sonra çörəyinizin üzərinə çə­kin.

Masadakı ərzaqları (kiməsə) uza­dar­kən hər zaman sa­ğı­nıza verin. Çö­rək verərkən özünüzə götür­mə­dən əv­vəl baş­qalarına təklif edin.

İçkinizi istədiyiniz hər zaman içə bi­lər­siniz.

Su və ya şirə (sok) stəkanını (bar­daq və ya rumkanı) aşağı göv­də­sin­dən tutun. Əl, üz və s. krem­lərdən is­ti­fa­də edənlər süfrə dəsti və stə­kan­lar üzə­rində iz (barmaq və ya dodaq izi) bu­rax­ma­mağa çalış­sın­lar. Əgər bardaq üzərində ləkə gör­sə­niz, salfet ilə gözəl bir şəkildə tə­miz­ləyin.

Stolun üstündə tanımadığınız və ya necə yeyiləcəyini bil­mədiyniz yemək varsa, sual vermə­yə tələsməyin. Ev sa­hi­binin və ya qonaqların hərə­kə­ti­nə fi­kir verin.

Ağıza qoyulmuş yemək tikəsi müt­ləq udulmalıdır. Hət­ta xoşunuza gəl­məsə belə.

Ümumi qablara qoyulmuş ye­mək boş­qabından öz çən­gəl qaşığınızla ye­mək götürməyin.

Sup yeməklərini soyutmaq üçün boş­qaba və ya qaşığa üfürməyin. Onu qaşıqla yavaş-yavaş qarış­dı­ra­raq soyu­ma­sını gözləyin.

Dadına baxmadan əvvəl yeməyə duz və ya istiot tök­məyin.

Duz və istiot qabına dişlədiyiniz ti­kəni batırmayın. Əv­vəl­cədən bir az duz və ya istiotdan öz boşqabınızın kə­narına tökün və yemək əsnasında on­dan istifadə edin.

Başqasına çəngəl, yaxud bıçaq ver­mək lazım gələrsə, onu dəstəyin ağ­zı ilə birləşən hissə­sin­dən (orta­sın­dan) tu­taraq, dəstəyi qabaqda ol­maq şərti ilə vermək la­zım­dır.

Sümük, çəyirdək kimi artıqlar on­lar üçün ayrılmış xü­susi qaba qoyu­lur.

Boşqabınıza götürdüyünüz ye­mə­yi tam – artıq saxla­madan yeyin.

Çörək və ya su götürmək üçün ye­mə­yi dayandırdıqda çəngəl-bıçaq çar­­paz vəziyyətdə boş­qa­bın üzərinə qo­yulur. Bu zaman çəngəlin qövsi hissəsi yuxarı, bıçağın ağzı isə sola baxma­lı­dır.

Yeməyi qurtardığınızı bildirmək üçün çəngəl-bıçaq sağ tərəfdə pa­ra­lel vəziyyətdə boşqabın içinə qo­yu­lur. Bu zaman çəngəlin ucu yuxarı baxma­lı­dır.

Alma, armud və s. meyvələr di­lim halında, qarpız-yemiş çəngəl bı­çaq­la doğranaraq yeyil­mə­lidir. Porta­ğal, ba­nan və mandarin tipli mey­və­lər əllə soyulub təmiz­lənə­rək yeyilir.

Çayı və kofeni qarışdırarkən ça­lı­şın qaşıq stəkanın, fincanın kənar­la­rı­na dəyib səs çıxar­ma­sın. Qarışdı­rar­kən sol əllə fincanı tutub, sağ əldəki qaşıqla qarışdırın. Sonra qaşığı nəl­bə­kiyə qoy­maq lazımdır.

Qəndi qənd qa­bın­dan xüsusi ma­şa ilə, yaxud əllə gö­tür­mək olar. Bu za­man əlinizlə ilk to­xun­duğunuz qənd par­ça­­sı­nı götürməlisiniz. Çalışın ki, əli­niz mümkün qə­dər az qənd par­ça­larına toxunsun.

Stol arxasında başqasının səh­vi­ni dü­zəltməsinə kömək etmək yox, onu görməməzliyə vur­maq mə­də­niy­yətli­lik­dir.

Süfrə başında həddindən çox da­nış­maq və gülmək ol­maz.

Süfrə başında təmizlik (burun, qulaq tə­miz­liyi) aparıl­ma­malıdır. Əgər vacib­dir­­sə səssiz bir şəkildə və arxa tərəfə dö­nə­rək edilməlidir.

Yemək əsnasında siqaret çək­mə­yin, əgər masadakı adam­lar və ya res­to­ran qaydaları qada­ğan etmirsə ye­mək­dən sonra çəkə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!