Geyim-qiyafə qaydaları

Geyim-qiyafə qaydaları
Maraqlı məlumatlar
10.09.2017 42
Kişi və qadın özünə uyğun qi­ya­fə – paltar dəsti seçmə­li­dir. İçərisində olduğu yer, yaxud  cəmiyyətin qə­bul et­mə­yəcəyi qi­ya­fələri geyin­mək­dən çəkin­mə­li­dir.



Paltar seçərkən insanın yaşı, fi­zi­ki gö­rünüşü, cinsiyyəti, peşəsi (və­zi­fəsi) kimi xüsuslar diq­qə­tə alın­ma­lıdır.  



Mehmanxana (hotel), düşərgə, id­man sahəsi və tətil şə­hər­ciyi kimi yer­lər­də də cəmiyyəti narahat et­mə­yəcək qiyafələr geyinil­mə­li­dir.



Geyinilən paltar köhnə olsa belə tə­miz və ütülü olma­lıdır.



Hər hansı bir yerə gedərkən bığ, saq­qal və saçın niza­mına da diqqət edil­məlidir. Saçı çox uzatmaq və ya çox qısa (dibdən) kəsdirmək məsləhət deyil. Xüsusilə, mədə­ni, ictimai iş yerlərində işləyənlər saç və bığ-saqqala diq­qət etməlidirlər.



İnsan işlədiyi iş yerində sadə ge­yin­məyə çalışmalıdır.



Vacib yığıncaqlara (məclislərə) yı­ğıncağın yerini, zama­nını və xü­su­siy­yə­tini nəzərə alaraq uyğun qiyafə ilə ge­dil­məlidir.



Qonaq qarşılama və ya qəbul et­mə əsnasında da uyğun paltar seçilib ge­yinilməlidir.



Geyinilən paltar – köynək, qal­stuk, ayaqqabı, papaq və s. ilə uyğun­luq göstərməlidir.



Sökük, cırıq, ütüsüz paltar və bo­ya­sız ayaqqabı geyinil­mə­məlidir.



İnsan bədəninin cizgilərini (formasını) göstərəcək dərə­cə­də dar geyinmək olmaz. Bu psixologiyada eqoizm (özü­nü bəyənmə), özünü gös­tər­mək əla­mə­ti sayılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!