Təmizlik qaydaları

Təmizlik qaydaları
Maraqlı məlumatlar
10.09.2017 65
Əl və ayaq dırnaqları nizamlı ola­raq kəsilməlidir.

Diş təmizliyinə diqqət edil­mə­li­dir.

Saçların, əllərin və üzün daimi tə­miz olmasına diqqət edilməlidir.

Saqqal və bığ varsa, onların tə­miz və nizamlı olmasına çalışılmalıdır.

Qulaq təmizliyi, göz mayesi (ya­tıb-qalxdıqdan sonrakı) və burun tə­miz­liyinə diqqət edilməlidir.

Ətrafınızdakı insanları tər qo­xu­su ilə narahat etməmək üçün nizamlı şə­kildə çimmək lazımdır. Çox tər­ləyən in­sanlar tez-tez çimməyə adət etsələr yax­şıdır.

Bədənə aid bütün təmizlik işləri açıq­da və ya ortalıqda deyil, ha­mam­da aparılmalıdır.

Evinizdə, iş yerinizdə, getdyiniz yerdə həmişə təmizliyə riayət edin və ətrafınızı təmiz saxlayın.

Hər yerdə tualet ədəbinə diqqət edilməli, əl­lər yuyulub qu­rulan­madan və pal­ta­rı­nız tam olaraq örtül­mədən (ev­də tək olsanız da) çıxılma­ma­lı­dır.

Tualetdən və ya hamamdan çıxarkən oranı necə gör­mək istəyirsinizsə elə vəziyyətdə qo­yub çıxın.

İctimai yerlərdə (küçədə, ödənişli hamamlarda) tua­let­də, hamamda insan var ikən qapının qarşısında durub göz­lə­mə­yin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!