Ayaqyolu ədəbi

Ayaqyolu ədəbi
Maraqlı məlumatlar
10.09.2017 13
Tualetə sol ayaqla girilir və sağ ayaq­la çıxılır.

Tualetdə mümkün qədər ota­ra­raq  eh­tiyacı tə­min etmək (pros­tat və digər sidik kisəsi xəs­tə­lik­lərinin yaran­ma­sı­na qarşı) lazımdır.

Təmizlik əsnasında sudan çox is­ti­fa­də edərək mükəm­məl təmizliyə diq­qət edin. Bu­rada suya qənaət vacib de­yil, tə­miz­lik əsasdır.

Tualet kağızından qurulamaq üçün istifadə etmək yaxşı olar.

Tualetdə ikən danışmaq, oxumaq, bir şey ye­mək-içmək və tü­pür­mək olmaz.

Ehtiyacınızı bitirdikdən sonra la­zım­dırsa şotkadan isti­fa­də edərək ora­nı təmiz bir şəkildə qoyub çıx­maq la­zım­dır. Çünki sizdən sonra gi­rən adamlar da oranı təmiz gör­mək istərlər.

Çıxarkən su qabının ipini çək­mə­yi yadınızdan çıxar­mayın.

Qapı və su kranlarının açılıb-bağ­lanmasında, işığı yan­dırıb-söndü­rər­kən sağ əl, təmizlik işlərində isə sol əl istifadə edilməlidir.

Əgər varsa, havanın təmiz­lən­mə­si üçün havalandırma sis­temindən və ya havatəmizləyi­ci­lər­dən istifadə et­mə­yi unutmayın.

Tualetdən çıxmadan əvvəl pal­ta­rı­nı­zın düzgün olma­sına, düymə­lən­mə­sinə, toqqanın bağlanmasına diq­qət edin.

Çıxdıqdan sonra əllərinizi müt­ləq sa­bunla yuyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!