Qəlb aynası saf olmalıdır

Qəlb aynası saf olmalıdır
Maraqlı məlumatlar
10.09.2017 8
Mən varlığı yoxluqda tapdım. Onun üçün də varlığı yoxluğa fəda etdim.



* * *



Qəlb aynası saf olmalıdır ki, orada çirkin surəti gözəl surətdən ayırd edə biləsən.



* * *



Təkcə susayanlar suyu axtarmaz, su da susuzlari axtarar.



* * *



Allah dostlarının hüzurundan uzaqlaşsan, həqiqətdə Allahdan uzaqlaşarsan.



* * *



Ay işığını saçar, it hürər. Ayin nə günahı var ki, İtin işi-gücü budur.



* * *



Bu dünyada bölməyə ayirmağa gəlmədik biz, Bölünəni birləşdirməyə, qirilani təmir etməyə gəldik.



* * *



Daima cənnətdə olmaq istəsən, hər kəslə dost ol. Heç kimə kin bəsləmə.



* * *



Divar mismara " Nə üçün məni yaralayirsan? " deyir. Mismar da " mənə deyil, məni vurana bax " cavabını verir.



* * *



Baharin təsiri ilə daş yaşillaşarmi? Torpaq ol ki, rəngarəng çiçəklər bitirəsən. İllərlə könülləri yirtan, qəlblərə əzab, dərd verən daş oldun: bir təcrübə et, bir zaman da torpaq ol.



* * *



Bütün çaylara su verən dəniz belə her zibili başinin üstündə daşiyar. Dəniz nə bu comərdliyindən ötrü azalar, nə də ehsanına görə alçalar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!