Bu qəsəbədə qızlar 12 yaşından sonra oğlana çevrilir

Bu qəsəbədə qızlar 12 yaşından sonra oğlana çevrilir
Maraqlı məlumatlar
10.09.2017 22
Dominikan Respublikasının Salinas adlı qəsəbəsində dünyaya gələn uşaqlar elm adamlarını çaşbaş salıb.



Bu qəsəbədə körpələr qız uşağı kimi doğulur, 12 yaşdan sonra isə oğlana çevrilirlər. Alimlər bunun bir növ genetik xəstəlik olduğunu bildirirlər. Belə ki, bu hal orqanizmdə "5-alphareductase” adlı fermentin çatışmazlığından yaranır. Hamiləliyin 8-ci həftəsində Y xromosomu daşıyan körpələr "dihidro-testeron” adlı hormon istehsal etməyə başlayırlar. Bundan sonra da yavaş-yavaş kişi cinsi orqanı formalaşmağa başlayır. Ancaq "5-alphareductase” fermentinin çatışmazlığı zamanı həmin hormon yaranmır və körpədə kişi cinsiyyət orqanı inkişaf etmir. Belə uşaqlarda orqanizm lazımlı fermentləri və hormonları 7 yaşdan sonra istehsal etməyə başlayır. Nəticədə uşaqda cinsiyyət orqanı 12 yaşına çatdıqdaformalaşır. Həmin yaşa qədər hamı onları qız zənn etdiyindən qız uşağı kimi yetilşdirilirlər. Sonradan cinsiyyət orqanının yaranması onlarda ciddi psixoloji problemlərə səbəb olur.



Alimlər  bu problemi qəsəbə sakinlərinin kənar şəxslərlə evlənməməsi ilə əlaqələndirirlər. Öz aralarında evləndikləri üçün həmin genetik xəstəlik ilə dünyaya gələn uşaqların sayı getdikcə çoxalır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!