Əzab çəkənlərə kiminsə yazığı gəlir, ancaq zülm verənlərə yox

Əzab çəkənlərə kiminsə yazığı gəlir, ancaq zülm verənlərə yox
Maraqlı məlumatlar
10.09.2017 60
1. Məhəbbət – döyüşdür. Əvvəlcədən uduzulmuş döyüş.



2. Sərxoş olan zaman əsas odur ki, gözün bir binanı iki görəndə onların arasından düz keçəsən.



3. İnsana bayram ona görə verilib ki, fikirlərini gizlətsin.



4. "Simanı xilas etmək lazımdır”. Mən isə deyirəm ki, simanı öldürmək lazımdır, ancaq bu yolla özünüz xilas olacaqsınız.



5. Əvvəl ehtiras ili, sonra nəvaziş, nəhayət, sıxıntı ili.



6. Birinci il deyirlər: "Əgər sən getsən, özümü ÖLDÜRƏRƏM”.

   İkinci il deyirlər: "Əgər sən getsən, mənə çətin olacaq, ancaq dözərəm”.

   Üçüncü il deyirlər: "Əgər sən getsən, bunu şampanla yuyacam”.



7. Birinci il mebel alırlar.

   İkinci il mebelin yerini dəyişirlər.

   Üçüncü il mebeli bölürlər.



8.  Bu üç cümləni tez-tez təkrarlayın:

    Xoşbəxlik yoxdur.

    Məhəbbət – nağıldır.

    Qorxulu heçnə yoxdur.



9. Mənim kimi özlərini uşaqlıqda eybəcər hesab edən oğlanlar adətən, gözəl qızı cəzb edəndə elə təəccüblənirlər ki, ona təklifi, bəlkə də çox tələsik edirlər.



10. Həyat belə qurulub: özünü bir balaca xoşbəxt hiss edən kimi o dərhal sizdən intizam tələb edəcək.



11. Evlilik – böyük fırıldaq, dəhşətli, uşaq kimi aldandığınız ağ yalandı.



12. Əzab çəkənlərə kiminsə yazığı gəlir, ancaq zülm verənlərə yox.



13. Həyatda ən böyük problem sənin verdiyin əzabdır və heç bir təkmil fəlsəfə onu sevən ürəyə əziyyət verən adama bəraət qazandıra bilməz.



14. Nikah – səhər yeməyi, nahar və şama kürüdür: ən sevdiyin yeməyi iyrənənə qədər yeyə bilərsən.



15. Kişi – acgöz heyvandır, həmişə bir neçə variantdan frustrasiyanı seçir.        Qadınlar bir qədər hiyləgər olsaydılar, bütün həyatın boyu onların ardınca qaçmağa məcbur etmək üçün ələ keçməzdilər.



16. Mənim məhəbbətim – kiçik hərflərdir, ancaq özü böyükdür; müddəti çox deyil, ancaq əgər varsa, onu bütün varlığınla hiss edirsən.



17. Məhəbbət nəşələndirici qəzadı: bilirsən ki, düz divarın üstünə gedirsən, yenə də qaza basırsan; öz ölümünün üstünə dodağında gülüşlə uçursan; maraqla götürüləcəyin anı gözləyirsən.



18. Məhəbbət yeganə proqramlaşdırılmış məyusluq, əvvəlcədən bilinən yeganə bədbəxtçilikdir ki, onu yenə də istəyirsən.



19. Bir dəfə bədbəxtlik həyatıma girdi, mən də yekə səfeh kimi onu indiyə qədər ordan çıxara bilmirəm.



20. Sizi sevəni sevmək özünə vurğunluqdur. Sizi sevməyəni sevmək -  bax bu məhəbbətdir!



21. Səylərini qiymətəndirmək ona görə verilən mükafatdan dəyərlidir – buna məhəbbət deyilir.



22. Hansı pisdir – sevməyib, məhəbbətlə məşğul olmaq, yoxsa sevib məhəbbətlə məşğul olmamaq?



23. Nikah cinayətdir – çünki o sirri öldürür.



24. Xoşbəxt olmaq üçün insanın sabaha inamı olmalıdır, vurulmaq üçün isə  məhz inamsızlığı olmalıdır. Xoşbəxtlik sakitliyə əsaslanır, məhəbbətə isə şübhə və həyəcan lazımdır.



25. Bu dünyada çox kədər var, ancaq qadının məhəbbətinin ondan getdiyini hiss edən zaman üstünə düşdüyü qəmdən pisini təsəvvür etmək çətindir – özü də yox, bir anda yox, asta-asta, qum saatındakı qum kimi axıb gedir.



26. Qadına çiçəklənmək üçün kişi heyranlığı lazımdır. Gülə günəş lazım olan kimi vacibdir.



27. Əgər arvadın sənə rəfiqən olursa, rəfiqənə də arvadın olmağı təklif etməyin vaxtıdır.



28. Gözəl qızları ovlamaq üçün onlarla danışmağa ehtiyac yoxdur. Özünü elə aparmalısan ki, guya onlar mövcud deyil.



29. Ən yaxşı bayramlar – içimizdə baş verənlərdir.



30. Bir dəfə biz çıxıb gedən qatarlara minəcəyik. (Blonden)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!