Kirpilərin həyatından maraqlı faktlar

Kirpilərin həyatından maraqlı faktlar
Maraqlı məlumatlar
10.09.2017 27
Onlara hər yerdə meşədə,parklarda,bağçalarda hətta öz həyətimizdə belə rast gələ bilərik. Sevimli və şirin görünən bu heyvanlar üzündən, qarnından və ayaqlarından başqa hər yeri tikanlarla örtülmüşdü. Onlar öz qeyri-adi bacarıqları ilə məşhurdurlar. Belə ki, onlar hər hansı bir təhlükə hiss etdikdə bədəninin tikansız hissələrinin qorumaq üçün yumrulanaraq tikanlı şar formasını alırlar. Belə formada onlar istənilən düşməndən qoruna bilirlər.

* Ağaca çıxmaq və üzmək qabiliyyətləri vardı.

* Kirpilər gecə həyat tərzi sürürlər və noyabrdan başlayaraq marta qədər qış yuxusunda olurlar.

* Onlar vəhşi təbiətdə 3 il, təhlükəsiz həyat tərzi sürdükdə isə 10 il yaşaya bilərlər.

* Bir çox canlılar eləcədə insan üçün təhlükəli olan ilan zəhəri və bir çox həşəratlərın zəhəri demək olarki bu heyvancıqlara heş bir təsir göstərmirlər.

* İldə bir dəfə bədənindən olan hər 3 tikanından birini dəyişirlər və yeni tikanlara bir il müddətində sahib olurlar.

* Cavan kirpilərin təqribən 3 min, yetkin kirpilərdə isə 5-6 min tikan olur.

* Bir kirpinin normada 36 dişi olur: yuxarı çənədə 20, aşağı çənədə isə 16 diş.

* Çox yaxşı iybilmə və eşitmə qabiliyyətinə malik olsa da görmələri zəifdi.

* Hər hansı kəskin qoxulu bir maneyə rast gəldikdə hər hansı bir əşyanı gəmirərək çoxlu tüpürcək ifraz edirlər ki, bunu da sonra tikanlarına sürtürlər.

* Kirpilər tək yaşamağa üstünlük verirlər,ancaq buna baxmayaraq bir-birlərinə yaxın yerlərdə məskunlaşırlar.

* Bir kirpinin hamiləliyi 49 gün davam edir və 4-ə yaxın bala dünyaya gətirir.Kirpi balaları gözüyumulu dünyaya gəlirlər və tikanları iti olmurlar.

* Ət,soxulcan,quş,eləcədə yumurtanı çox sevən bu heyvanlar həmçinin müxtəlif növ meyvə və tərəvəzlə qidalanmağı sevirlər

* Onlar öz iynələrinə siqaret parçalarını keçirməyi sevirlər. Elm bunun mahiyyətini tam aydınlaşdırmasa da bunu onların özlərinin parazitlərdən qorumaq üçün etdikləri güman edilir.

* Bir çox insanlar kirpiləri ev heyvanı kimi saxlamağa üstünlük verirlər. Beləki,onlar insan üçün heç bir təhlükə törətmir,aqressiv deyillər, heç bir sərt qoxuya sahib olmurlar və estetik cəhətcən zövq oxşamağı bacarırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!