Quşlar aləminin ən mahir ovçuları

Quşlar aləminin ən mahir ovçuları
Maraqlı məlumatlar
10.09.2017 18
Lələkli yırtıcılar – quşlar aləminin ən mahir və amansız ovçuları hesab olunur. Onlar iti caynaqları və dimdikləri vasitəsi ilə öz şikarlarının öhdəsindən asanlıqla gələ bilirlər.

 

"Yırtıcı quşlar” terminini adətən Falconiformes dəstəsinə aid edirlər. Qartal, şahin, quzğun, qırğı...  Bu böyük dəstəyə təxminən 300-ə yaxın müxtəlif quş növü daxildir. Halbuki ov etməklə qidalanan bir çox başqa quşlar yırtıcı sayılmır. Hətta iti gözləri və caynaqları ilə qartaldan geri qalmayan bayquşu belə yırtıcı quş adlandırmaq olmaz.

 

Məsələ bundadır ki, yırtıcı quşların hər birinə xas olan fərqləndirici əlamət yoxdur. Eyni zamanda, onlar heyvanat aləminin bütün növlərini - quşları, sürünənləri, məməliləri, habelə həşəratları ovlayır. Bu quşların güclü qarmaqvari dimdikləri şikarın ətini parçalamağa çox gözəl uyğunlaşıb. Ovu isə dimdikləri ilə deyil, güclü caynaqları olan pəncələri ilə tuturlar

 

Eyni zamanda yırtıcı quşların hamısı ov axtarışına yalnız gündüzlər çıxır. Düzdü bəzi şahin növləri ala-qaranlıqda şikar axtarsa da, onlardan heç biri qaranlıq gecədə ov etmir.

 

Yırtıcı quşlar dünyanın hər tərəfinə yayılıb və onlara Antarktikadan başqa bütün qitələrdə rast gəlmək olar. Onların bəzi növləri - dağ zirvələrindən tutmuş ucsuz-bucaqsız səhralaradək, tropik meşələrdən qarlı tundralara qədər müxtəlif iqlimə və təbii şəraitə uyğunlaşa bilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!