Qısa quyruqlu, uzun pəncəli vaşaq

Qısa quyruqlu, uzun pəncəli vaşaq
Maraqlı məlumatlar
10.09.2017 10
Pişikkimilər fəsiləsinin digər nümayəndələrindən fərqli olaraq vaşaqın quyruğu çox qısadır. Əslində uzun quyruq heyvanlarda sükan rolunu oynayır və ovu təqib edərkən hərəkət istiqamətini kəskin dəyişməyə kömək edir. Vaşaq isə daha çox pusquda duraraq ov etməyə uyğunlaşıb. Ona görə də pəncələri çox uzundur və bu da ona uzun məsafəyə tullanmaq imkanı yaradır. Vaşaqın məskəni sıx ağacların budaqları arasında pusqu qura biləcəyi meşələrdir.

 

Vaşaqın ən çox sevdiyi şikar cüyür və maral olsa da, bəzən ev heyvanları olan keçi və quzulara da hücum edir. Şimali Amerikada yaşayan qırmızı vaşaq gecələr kəndlərin, yaxud fərdi evlərin yaxınlığında görünür. Ağaclarda pusqu qurub ovunu gözləyir. Onun yaxınlıqda olmasını yalnız qar üzərində qalan iri pişik ləpirlərinə oxşar izlər xəbər verir.

 

Adətən dişi vaşaq ikidən dördə qədər bala doğur. O, əvvəlcədən mağara və ya ağac koğuşunda balaları üçün yuva hazırlayır. Balalar on ay analarının himayəsində qaldıqdan sonra onu tərk edir və müstəqil həyat sürməyə başlayır. Vaşaq yalqız yaşayan heyvandır və adətən şəxsi ov sahəsinə malik olur.

 

Quşlara hücum edərkən vaşaqın güclü arxa pəncələri ona çox yüksəklərə tullanmağa imkan verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!