Üzr istəməyi bacar

Üzr istəməyi bacar
Maraqlı məlumatlar
10.09.2017 44
 
 
Bilmədən sənə çox yaxın bir adamın könlünü sındırmısan. Deməli, üzr istəmək lazımdır. Bəs necə etməli? Nə şiş yansın, nə kabab. . .əsəbi olan zaman heç kim nə dediklərinə, nə də hərəkətlərinə cavabdeh olmur. Sonradan peşmançılıq çəksəndə artıq olana çarə yoxdur. . .Bəs sınmış könlü necə almaq lazımdır ki, münasibətlərə sərinlik gəlməsin? 
1.Optimist variant
Bəzi insanlar üzr istəməyi bacarmırlar. İstənilən mübahisədən sonra münasibətlərə heç nə olmamış kimi davam etmək istəyirlər.Rəfiqənlə institutun dəhlizində görüşüb, tələsdiyini büruzə verərək, onu yeməkxanaya çağır: “Səhərdən heç nə yeməmişəm, bəlkə düşüb yüngülvari nahar edək?” Təbii ki, rəfiqəniz xırdaçıl deyilsə, bu cür münasibətə müsbət cavab verəcək.Hər şey qaydasına düşəndən sonra heç nəyə aydınlıq gətirməyə çalışmayın, münasibətlər daha da gərginləşə bilər. Əgər küsülülüyə səbəb boş bəhanə idisə, unudulacağına əmin ola bilərsiniz. “Mən pis olmuşdum ki, sənin xətrinə dəymişəm, istəmədən oldu” sözlərinidə pıçıldamağı unutmayın. 
2.İrəliləmə
 
Bir çox barışığı sms və ya e-mail-a göndərilən məktubla aradan götürürlər.Bunun bir xüsusiyyəti çox yaxşıdır. Sən deyəcəyin mətni rahat redaktə edirsən, kimsənin gözünün içinə baxmırsan.Əgər gec cavab gəlirsə, deməli, hələ də könlünü ala bilməmisən. 
3.Universal 
Özündə cəsarət topla və özün hər şeyi aydınlaşdır.Çox səs – küylü ifadələrdən qaç. Hər şeyi sakit və soyuqqanlı şəkildə yoluna qoymağa başla.Əgər davranışınız və vəziyyətinizlə hər şeyi daha da gərginləşdirmisinizsə, hər şeyi yoluna qoymağa çalışın.Həmsöhbətinizə səmimi olduğunuzu sübut edin.
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!