Yalan danışmağa adət etməyək

Yalan danışmağa adət etməyək
Maraqlı məlumatlar
10.09.2017 37
Bəzən insan məsuliyyət hissindən qorxduğu üçün yalan danışar. Qorxar ki, adət etdiyi mühiti əldən verər və ona görə də yalana üz tutar. Bəzən də insan təhlükə hiss edəndə və ya həqarətə məruz qalanda, yalan danışar.

Bəzən insan 4-5 yaşından başlayaraq, yalan danışmağa adət edər. Ola bilsin ki, valideyn onu hiss etməsin və bu zaman bu rəzil sifət mələkəyə çevrilər.

Yalanın amillərini tanıyaq:

1. Həqarətdən qorxmaq. O kəslər ki, özlərində həqarət hiss edərlər, bu çatışmamazlığı aradan qaldırmaq üçün yalan danışarlar.

 

2. Adət etdiyi üçün. İnsanların bəzisi yersiz danışmağa, riya etməyə adət etdikləri kimi, yalan danışmağa da adət edərlər. Get-gedə yalan adət halını alar və qarşısını almaq mümkünsüz olar.

 

3. Tərslik üzündən. Bəzən insan, yaxınları ilə tərslik edib yalan danışar.

 

4. Qorxu. Bəzi insanlar qorxu üzündən yalan danışarlar.

 

5. Özünə etimadın olmamasına görə. Bəziləri özlərinə etimad etmədiklərinə görə yalana pənah apararlar.

 

6. Vədinə əməl etməyəndə. İnsanın verdiyi sözə əməl etməməsi yalan üçün zəminə hazır edər.

Psixoloqlar deyir ki, insan yalan danışan zaman bədənin bir çox hissələrində ona əks reaksiya verilər. Əllər titrəyər, rəngi dəyişər, diqqəti dağılar, qanda adrenalin artar, stressi artar, insan özünü dəyərsiz hesab edər. O zaman ki, yalan beyinə daxil olar, milyonlarla əsəb telləri yalan təfəkkürü ilə həmahəng olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!