Dünyanın ən eybəcər və bəxtsiz qadını

Dünyanın ən eybəcər və bəxtsiz qadını
Maraqlı məlumatlar
10.09.2017 12
Eybəcər olduğuna görə sirkdə müxtəlif nömrələr göstərən Xulio Pastrana dünyanın ən eybəcər qadını kimi tarixə düşüb.



Bir çoxlarının "meymun qadın” adlandırdığı Xulio hipertrixoza ilə doğulduğundan bədəni, üzü, qolları, hətta gözləri də tüklə örtülü olub.



Bir çoxlarına qorxunc təsir bağışlayan qadını Avropanın ayrı-ayrı ölkələrində sərgilərə çıxarıb insanlara göstəriblər.



Tünd-qara, gur saçlı qadın Meksikada doğulmuşdu. İri buruna, böyük qulaqlara malik qadının zahiri insanları qorxutsa da, ecazkar səsi və gözəl rəqsi ilə hər kəsi valeh edib. Mədəni davranışlı qadın 3 dildə sərbəst danışırmış.



Teodor Lentlə ailə qurmuş qadın ondan bir uşaq da dünyaya gətirib. Körpə özü də anası kimi tüklü olub. Yeni doğulan uşaq 3 gün yaşayıb. Bu doğuş ananın da həyatının sonunu gətirib.



1860-cı ildə dünyasını dəyişən qadının nəşi əri tərəfindən mumiyalanıb. Teodor həyat yoldaşının cəsədini "dünyanın ən eybəcər qadını” kimi sərgilərdə nümayiş etdirməyə başlayıb.



Nəşi oğurlanmış qadının meyiti Norveçdə tapılıb. 1943-cü ildə bu ölkəni işğal etmiş almanlar onu yandırıb birdəfəlik Yer üzündən silmək istəsələr də, mumiyalanmış ölünün onlara sərgilərdə külli miqdarda gəlir gətirəcəyini nəzərə alıb fikirlərindən daşınıblar.



Nəşi əldən-ələ keçən qadın ölümündən 150 il sonra – 2013-cü ilin 12 fevralında torpağa tapşırılıb. Ona yalnız torpağa tapşırdıqdan sonra ehtiram bəsləməyə başlayıblar.




 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!