Hansı dəri tipinə sahibsiniz? - Əlamətlər burada

Hansı dəri tipinə sahibsiniz? - Əlamətlər burada
Maraqlı məlumatlar
10.09.2017 8
Sağlam, parlayan, mükəmməl bir cild hər kəs üçün əhəmiyyətlidir və hər kəsin xəyalıdır. Yaşından asılı olmayaraq, hər kəs sağlam, baxımlı və gözəl bir dəriyə sahib olmaq istəyir. Sıx bir qayğıya ehtiyac duyan dəriniz hansı sürətlə qocaldığınızı, ona yaxşı baxıb baxmadığınızı dəqiq şəkildə göstərir. Bu səbəbdən dərinizə mütəmadi olaraq qulluq etməniz, gələcəyə apardığınız bir investisiyadır.

Ancaq dəri qulluğunda adi və o qədərdə əhəmiyyətli məsələ dəri tipinə uyğun məhsullardan istifadə etməyinizdir.

Budur, dərinizi tanımağınıza köməkçi olacaq bir neçə məsləhət:

 

Yağlı Dəri

Üz parlaq görünür.

Məsamələr açıq, içi doludur.

Qara nöqtə və sızanaq müşahidə olunur..

Ümumiyyətlə, digər dərilərə görə daha qalın və hamar səthlidir.

Tez-tez yuma ehtiyacı duyulur.

Makiyaj çox tez pozulmağa başlayır.



Qarışıq dəri

Alın, burun və çənənin yerləşdiyi region olan T bölgəsi yağlı, yanaqlar quru və ya normaldır.

T bölgəsindəki dəliklər yanaqlara nisbətən daha aydındır.

Yanaqlarda qabıqlanma görülə bilər.

T bölgəsində parlaqlıq görülür.

T bölgəsində makiyaj pozulmağa meyllidir.



Quru dəri

Dəri mat bir görünüşə sahibdir.

Qabıqlanmağa meyllidir.

Kifayət qədər yağ istehsal etməz.

Qırışlar tez hiss olunur.

Dəliklər kiçik və qapalı şəkildədir.

 

Normal dəri

Dəri canlı, sağlam görünüşə malikdir.

Kifayət qədər yağ və rütubətə malikdir.

Ciddi problemi yoxdur

Dəliklər qeyri-müəyyəndir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!