Ürəyim ağrıyır

Ürəyim ağrıyır
Maraqlı məlumatlar
10.09.2017 61
Sevmişdim səni...Mənə bir gülüşünlə, bir baxışınla unudardım bütün ağrılarımı...Yalnız sən olardın həyatımda.Necə bir eşq idi bu?...Nə var idin, nə də yox!..."Sənsizliyin" hökm sürdüyü qaranlıq və köhnə bir limandayam indi.Qaranlıq işıq olsun deyə şüşəyə gözlərini çəkirəm dodaqlarımla...Sonra təbəssüm edən üzün gəlir ağılıma, ürəyim ağrıyır.Yağışlar yağır şəhərimə, boş prospektlər təkliyə təslim.Çarəsizliklər içində küçələri gəzirəm, sənsiz baxıram dənizin dərin dalğalarına.Üşüyürəm, ürəyimdə üşüyür.
Sonra gəlirsən birdən, səninlə günəş doğulur şəhərimə, hər yer yenə isti.Sənə hər qovuşduğumda, sevinmək belə qorxudar oldu məni.Son dəfə deyil bu vidalar, bilirəm gedəcəksən yenə...Yalançı sevdalara aldanıb, əsən küləklərə aldanıb gedəcəksən.İçindən keçəni oxuyur gözlərim, bu dəfə hazırım.Sus! Danışma gedəcəksənsə, yalanlar çarə deyil mənə, ağrıtma ürəyimi mövsümlük sevmələrinlə.Ardına baxmadan get bu dəfə!Heç bir söz söyləmədən, ürəyimdəki təmiz eşqi, yalanlarınla çirklətmədən get ki,Bu da yaşaya biləcəyin ən son qürurun olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!