İslamiyyəti bölən Vəhhabilik

İslamiyyəti bölən Vəhhabilik
Maraqlı məlumatlar
10.09.2017 40
Vehhabiliyi Məmməd bin Əbdülvəhhab qurmuşdur. İngilis cəsuslarından Hempherin tələsinə düşərək, ingilislərin İslamiyyəti məhv etmək işlərində əlbir olmuşdur. Məmmədin atası Əbdülvəhhab, yaxşı bir müsəlman idi. Mədinədəki alimlər Əbdülvəhhabın yeni bir yol tutacağını anlamışlardı. Lakin o, 1738-ci ildə Vəhhabiliyi elan etdi. İngilislərin siyasəti nəticəsində Ərəbistan...a yayıldı. Məmməd bin Əbdülvəhhab 1699-cu ildə Hüreymilə qəsəbəsində doğulmuş, 1791-ci ildə Dəriyyədə ölmüşdü. Əvvəllər ticarət üçün Basra, Bağdad, İran, Şam və Hind tərəflərinə getmiş, çox ağıllı və təxribatçı sözləri ilə Şeyxi Necdi adını almışdı. Gəzdiyi yerlərdə çox şeylər görmüş, şef olmaq düşüncəsinə qapılmışdı. 1713-cü ildə Basrada tanış olduğu ingilis cəsusu Hempher onun inqilab etmək arzusunda olduğunu anladı. Onunla uzun zaman yoldaşlıq etdi. İngilis Nazirliyindən aldığı hiylə və yalanları Əbdülvəhhaba təbliğ etdi. Atası oğulunun bundan zövq aldığını görüncə, yeni bir din qurmasını təklif etdi. Bu yeni dinin əsaslarını ona bildirdi. Yeni din yaratmaq üçün bir neçə din kitabları yazdı. Bu kitablarda ingilis cəsuslarından öyrəndikləri xarab düşüncələri qeyd etdi. Əbdülvəhhab ailəsi bu dinin İslam dinini içəridən yıxacaq bir din olacağını anlayaraq Müsəlmanlara bundan çəkinmələrini söyləyirdilər. Amma artıq vəhhabilik yetərincə yayılmışdı. Hazırda Vəhhabilik Səudiyyə Ərəbistanında rəsmi dindir, Misir, Hindistan, Afrika və digər bəzi İslam ölkələrində tərəfdarları çoxdur.
Vəhhabilər üçün Cəhənnəm yox olacaq və kafirlərin əzabları sona çatacaq. Vehhabiliyin quruluşunu hər il bir həftə boyunca qeyd edirlər. Vəhhabilər qəbir üstə gələrkən xurma budağı gətirirlər. Xurma budağını ikiyə qırıb, yarısını bir qəbirə, yarısını da digər qəbirin üstünə qoyurlar. Mənası; Bu budaq yaş qaldığı müddətcə əzabları yüngülləşdirir. Təsbehləri barmaqla saymaq və təsbeh istifadə etmək caizdir. Vəhhabilik dinini qəbul etmiş kişilər saqqal buraxırlar, hər zaman saqqalda olurlar. Tütün və qəhvə içmək İbn Abdüvehhaba görə çirkin və pis şey¬lerdendir. Siqaret ağızın dadını pozur, üstəlik insana da zərərlidir və heç bir faydası yoxdur. Bu səbəbdən siqaret və ya nargilə içənlərə, sərxoşluq üçün olduğu kimi qırx dəynək vurulur. Ancaq Vəhhabilərin bu gün tütün və nargilə mövzusundakı qadağanı davam etdirə bilmədikləri görülməkdədir.
Nəzər dəyməməsi üçün nəzər muncuğu taxmaq, ağac, daş və bənzər şeyləri müqəddəs saymaq, Allahdan başqası üçün qurban kəsmək, sehr, cadu, ulduz falı və bənzəri şeylərə inanmaq, Allahdan başqasından niyaz, dua və kömək diləmək günahdır.
Müəllif: Jalə Orucovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!