Sevgililər günü sevgilin yoxdursa nə etməli?

Sevgililər günü sevgilin yoxdursa nə etməli?
Maraqlı məlumatlar
10.09.2017 22
Bu gün Sevgililər günüdür. Təssüf ki, bütün bunların sizinlə heç br əlaqəsi yoxdur. Çünki siz yalnızsınız...Bu cümlələr ağır gələ bilər. Ancaq bütün bunlar ümidsizlikdən və təəssüflərdən canınızı qurtarmağa mane ola bilməz. Sevgililər gününü yalnız keçirmək sonsuza qədər yalnız qalacağınız mənasına gəlmir.
Bu gün atacağınız bir neçə addım sizə yalnızlığınızı azda olsa unutdura bilər.
Birinci addım:
İşə özünüzə qulluq etməmiş getməyin. Həmişəkindən daha gözəl geyinin, daha gözəl görünün.
İkinci addım:
Gün boyu gülümsəməyə çalışın. Heç kimin sizin yalnız olduğunuzun fərqinə varmasına ehtiyac yoxdur. Əgər belə olsa, bu gün özünüzü pis hiss etməyəcəksiniz. Yoldaşlarınızla söhbət edin. Şəxsi həyatınız barəsində verilən sualların üstündən keçməyə çalışın.
Üçüncü addım:
İşdən evə gələn kimi əyninizi dəyişib özünüzü çarpayıya atmaq haqqında fikirləşməyin. Əksinə daha gözəl paltar geyinin. Bir az film izləyin.
Dördüncü addım:
Təklifləri dəyərləndirin. Müasir dövrün kompüter dövrü olduğunu nəzərə alsaq onda insanların günün böyük bir qismini internetdə, sosial şəbəkələrdə keçirdiyini demək olar. Əgər başqa bir yalnız dostunuz, tanışınız sizə görüşməyi təklif etsə, imtina etməyin.
Beşinci addım:
Görüş təklifi istənilən şəxsdən gələ bilər. Siz yetər ki, yerinizdən durun və qapıdan çölə çıxın. Sevgililər günündə mütləq sevgilinizin olması ilə bağlı şərt yoxdur. Dostlarla edilən söhbətlər çox zaman sevgili ilə keçirilən vaxtdan daha maraqlı ola bilər.
 
Bəs, siz nə təklif verirsiz tənhalığı unutmaq üçün?
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!