Ölü gəlin və qeyri-adi şəhər əfsanəsi

Ölü gəlin və qeyri-adi şəhər əfsanəsi
Maraqlı məlumatlar
10.09.2017 8
Meksikanın Chihuahua şəhərində gəlinlik mağazasının vitrininə 1930-cu ildə yerləşdirilən və o gündən bəri burada duran gəlinlikli maniken, qeyri-adi bir şəhər əfsanəsini yaratdı. Deyilənlərə görə maniken, mağazanın sahibi Pascuala Esparzanın qızıdır.



Qız, evlənməmişdən bir müddət öncə zəhərli bir hörümçəyin çalması səbəbiylə vəfat edib. Bundan sonra, anası qızını mumyalayıb ölümsüzləşdirmək qərarına gəldi.



1930-cu ilin 25 martında ilk dəfə vitrinə qoyulanda, əhali manikenin əslində insan olduğunu hiss etmişdi və onun Pascualanın qızı olduğuna inanmağa başlamışdı.



Həmin vaxtlar Pascuala bunun yalan olduğunu desə də, insanlar ona inanmadı. Vaxt keçdikcə qızın adı unuduldu və o, atasına bənzədiyi üçün "La Pascualita” (Kiçik Pascuala) adını aldı.



Mağazanın sonrakı sahibləri də, həmin manikeni vitrində saxlayırdı. Onun barmaqları, dırnaqları insanları şoka salırdı.



Mağaza işçilərindən biri, La Pascualitaya yaxınlaşa bilmədiyini, ancaq onun ayaqlarında incə damarların belə olduğunu deyirdi.



Hər nə qədər bu hekayənin doğru olub-olmadığı bilinməsə də, La Pascualita Meksika hüdudlarında kənarda da olduqca məşhurdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!