Hər şey keçdi..

Hər şey keçdi..
Maraqlı məlumatlar
10.09.2017 17
Əvvəllər hamam otağına belə gedəndə mobil telefonumu özümlə götürürdümdüm. Çox qorxurdum birdən onun SMS'ni və ya zəngini buraxaram deyə. Ancaq indi heç çantamdan belə çıxartmağa can atmıram.

Hər şey keçdi.
Biz - bərabərdi sıfır. Artıq isreriyada çırpınmağa, başını tutub ALLAH'a "niyə bunlar məhz mənim başıma gəldi" deyib üsyan etməyə belə gücüm yoxdu. İndi yalnız ədyalın altına girib, onu əlimlə sıxaraq sakitcə ağlamaq istəyirəm. Ona vermək istədiyim bütün bu istiliyimi, hərarətimi verərək.

Mən yaşayıram. Mən eşidirəm.
Mən danışıram və danışdıqlarımın hamısını vərəqə köçürürəm, çəkirəm. Ancaq bilirsən, deyirlər insanın içində nələr varsa onların hamısı onun öz zamanı, saatı gəlməyincə onun daxilində qalır, üzə çıxmır. Bax, indi bunların hamısını ona görə yazmıram ki, sonda "səni başımdan bu vərəq kimi atıram" kimi çeynənmiş ifadəylə bitirəm. Yox. Sən mənim qəlbimdə qalacaqsan. Müəyyən bir vaxta kimi. Və bəlkə biz hələ də bir müddət münasibətimizi saxlayacayıq.

Sən başqasını sevib sevmədiyin halda mənə verdiyin sözün nə dəyəri var. Artıq önəmli deyil. Uşaqlıqda hər hansı bir yerim ağrıyanda anam mənə "indi öpəcəm, ağrısı keçəcək" deyərdi və ağrısı yavaş yavaş keçirdi. İndi sən gəl, mənim ürəyimi öp. O, indi ağrayır və təkcə mənəvi yox.

Bilirsən, nədənsə son 2 həftədi hər ötüb kəçən adamlarda sənin əksini görürəm, sənin cizgilərini axtarıram. Yaxınlaşıb baxıram, sonra ürəyim buraxır. O, daha çırpınmır. O, sən deyilsən.

Yoruldum.
Sadəcə boynuna soxulub dizlərində oturmaq istəyirəm.
Nəfəs almaq və bilmək ki, sən yanımdasan.
Mən yoruldum. Yoruldum səni itirmək qorxusundan, yoruldum sənin reaksiyalarından qorxmaqdan, yoruldum qəddar hərəkət və ifadələrdən, yoruldum anlaşılmamazlıqdan və inciklikdən, dedi qodu və mübahisələrdən, mən sadəcə çox yoruldum, ancaq yenə də - dözürəm, çünki mən səni dəlicəsinə sevirəm.

Ups.. Sevirəm..
Mənim üçün onların hamısı, tanışdı, özgədi, daxili olmayan insanlardı. Ama sən, sən doğmasan - bu ifadələrinin hamısını xatirəmdə və telefonumun SMS qutusunda, sənin səsini isə qəlbimdə qoyurub, saxlayıram.
Mən qətiyyən heçnəsiz, heç bir metafora, gözəl sözlərsiz, daxilimdə boşluqla sənin üçün darıxıram.. Çox darıxıram.

Ancaq mən xəyal edirdim ki, biz barışacayıq, ənənəvi olaraq həmişəki kim sən mənə axşam zəng edəcəksən və mən sənə bu aylarda sənin üçün necə darıxdığımı danışacam.

Deyirlər ki, insanlar yalnız onların qayıtmağına inanmayanda geri dönürlər..
Və mən qorxuram ki, inanmağa dayanmayacağam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!