Sosial şəbəkədə maraqlı olmaq üçün 9 məsləhət

Sosial şəbəkədə maraqlı olmaq üçün 9 məsləhət
Maraqlı məlumatlar
10.09.2017 8
İngiltərənin "Daily Telegraph” qəzeti apardığı araşdırmada Twitter istifadəçilərinin yazdıqlarının üçdə ikisinin digər istifadəçilər üçün darıxdırıcı olduğunu ortaya çıxarıb.


Qəzet öz oxucularının yazdıqlarının başqaları üçün darıxdırıcı olmamasına görə tədqiqaçıların məsləhət bildiyi 9 qızıl qaydanı da təqdim edib. Bu qaydalar Twitter üçün nəzərdə tutulub, amma Facebooka da tətbiq etmək mümkündür. Kulis həmin məsləhətləri öz oxucuları ilə bölüşür.

1. Köhnə xəbərlər xəbər deyil. Dəfələrlə göndərilmiş linkləri təkrarən siz göndərməyin.

2. Bu mövzuya mütləq şərh verməkdənsə, yeni xəbər tapın, heç kimin bilmədiyi hadisə haqda məlumat verin.

3. Tvitləriniz qısa olsun. Bəzən 140 simvol da çox uzun olur.

4. Qısaltmalardan, işarələrdən lazımsız yerə çox istifadə etməyin.

5. Sızıldamayın.

6. Hər dəqiqə hamıya harda olduğunuzu deməyin.

7. Səbəbini yazmadan foto, ya da link göndərməyin.

8. Zarafatcıl olun.

9. Son olaraq çox izləyicisi olan məşhurlara… Sırf məşhur olduğunuz üçün həyatınızın ən xırda detalının da maraqlı olduğunu düşünməyin. İnsanlar hansı yeməyi yediyinizi yox, işinizlə əlaqədar peşəkar mövqeyinizi öyrənmək istəyirlər…

Elmin HƏSƏNLİ

mənbə: KULİS

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!