Qazançı qalası

Qazançı qalası
Maraqlı məlumatlar
10.09.2017 13
QAZANÇI QALASI – Culfa rayonunun Qazançı kəndindən şimalında, Əlincəçayın hər iki sahilində e. ə. 3–1-ci minilliyin əvvəllərinə aid tarixi-arxeoloji abidə. Qala e. ə. 3-cü minillikdə ərazilərimizdə geniş məskunlaşmış qədim Kas türklərinin adı ilə bağlıdır. Qala 1985-ci ilin sentyabr ayında bənd tikintisi adı ilə erməni mühəndisləri tərəfindən partladılmışdır. Qalanın solsahil və sağsahil hissəsi bir-birindən sıldırım qayalardan ibarət dərin dərə ilə ayrılır; sağsahil hissəsi hündür konusvarı təpə formasındadır. Məlumatlara görə, təpənin zirvəsində yarımdairəvi bürclərlə möhkəmləndirilmiş qala olmuşdur. Abidənin sol sahili iki hissədən ibarət olub, hər tərəfdən sıldırım qayalarla əhatələnmişdir. Bu hissədə yarımdairəvi bürclərin qalıqları saxlanmışdır. Qala çoxpilləli möhtəşəm müdafiə sistemindən ibarətdir. Sədlərdən bir-birinə keçid yolu var. Müdafiə divarları (eni 2–2,5 m) yonulmuş iri daşlardan yetkin memarlıq üslubunda tikilmişdir. Qazançı qalsı ehtimal ki, e.ə. 2-ci minilliyin əvvəlində Əlincəçay vadisində yaşamış iri tayfa birliyinin mərkəzi olmuşdur. Axtarışlar zamanı Qazançı qalsından tapılmış boz və çəhrayı rəngli gil qab nümunələri, daşdan əmək alətləri, dən daşı və s. Naxçıvan mədəniyyəti üçün səciyyəvidir Qala divarının tikinti texnikası Oğlanqaladakı kimidir. Qazançı qalsından toplanmış yerüstü materiallar dən daşları, boz və çəhrayı rəngli gil qab (küpə, kasa, çölmək tipli qablar və s.) nümunələrindən ibarətdir. Tapıntılar Culfa rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Qazançı qalsı "Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Qazan xanın adı ilə də əlaqələndirilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!