Həyatımız üçün dəyərli məsləhətlər

Həyatımız üçün dəyərli məsləhətlər
Maraqlı məlumatlar
10.09.2017 17
* Güvənmədiyin birisinə sənin əleyhinə istifadə edilə biləcəyi heç bir fürsət vermə.

* Bir əlaqəni beynində bitirdikdən sonra iki şirin söz, iki damla gözyaşı üçün əsla yumşalma.

* İnsanlara doğru dəyər ver, layiq olmayanları sil.

* Kimsəyə yalvarma.

* Sirr tutmasını bil.

* Əsl dostlarının yeri ayrı, sevgilinin yeri ayrı. Sevgilin üçün dostlarını, dostların üçün sevgini satma.

* Kiminsə sözünə görə tez qərar dəyişdirmə, amma ağlının bir küncündə də tut.

* Səni sevənlərlə səndən istifadə edənləri yaxşı ayırd et.

* Səni dinləyib anlamağa niyyəti olmayanlarla mübahisə etmə.

* Məcburi yaradılan dostluqları qəbul etmə.

* Əgər verdiyin sirr o adamda qalmırsa ikinci bir sirr şansı vermə.

* Özünü tərifləyən insanlardan uzaqlaş.

* Özünə hörməti itirməyinə səbəb olacaq heç bir şey etmə.

* Problemin olduğunda insanlar zaman ayırıb səni dinləyirlərsə onların öyüdlərini qulaqardı etmə.

* Göz görə görə su yığınlarına daş atma, mütləq üzərinə sıçrayar.

* Gözyaşlarının dəyərini bil. Onları layiq olmayanlar üçün axıtma.

* Sənin zəkana inanan insanları xəyal qırıqlığına uğratma.

* Özünü sev.

* Göyüzündəki günəşə baxıb gülümsə və önündə böyük bir gələcək olduğunu unutma.

* Dostluğunla kifayətlənməyənlər üçün heç bir fədakarlıq etmə.

* İnsanları itirirsən deyə ağlayıb sızlama, amma qazandığın insanların da dəyərini bil.

* Kimsəyə daşıya biləcəyindən çox dəyər verib bununla öyünməsinə imkan vermə.

* İstədiyini almaq üçün əsla duyğusallıq etmə.

* Sənə olan sevgini və etibarı heç vaxt itirmə.

* Dəyər ver dəyərli olmağı öyrən.

* Hər şeydə bir gözəllik görməyi öyrən.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!