Borclusan mənə həyat

Borclusan mənə həyat
Maraqlı məlumatlar
10.09.2017 10
Heç birzaman qarşı çıxmadım sənə. Ürəkləri köhnəlmiş insanların içində yaşadığım ağrılar var və onlar qədər məndə varam. Yaşaya bilmədiyim ağrıları da yaşadacaqsan, bilirəm, zamanı gəldiyində, amma yenə də təkliyimlə yaşayıram səni...



Sənin fərqində olmadan yaratdığın əsərinəm mən. Qarşındayam. Desəm ki, tərk edib gedirəm səndəki yaşanmışlıqları, əhəmiyyətli hesab edərsən mi, görəsən…?



Onsuz da həmişə tərk edilmiş duyğuların kölgəsində yaşanır can ağrısı. İnsan əvvəl beynində sevir, əvvəl beynində qışqırır sevgi sözlərini, sonra... Sonrası yoxdu əslində. Hamı həmişə içində tutur bir ömür boyu…



Borclusan mənə, həyat. Dənizi mavi olaraq görmüşdüm ilk dəfə, buludları isə ağ olaraq xatırlayıram.

Hesablaşa bilmədiyim yalnız uşaqlığım qaldı, bir də günahsızca sevən ürəyim və gecənin qaranlığı qaldı. Digər bütün dəyərlər isə getdi həyatımdan. İndi isə heç bir şeyim yoxdu…



Sırf mənə inad olsun deyə bütün yaşatdıqların həmişə şahidsiz, həmişə soyuq, həmişə mənasız söhbətlərdə qaldı. Bütün keçmişimə inad, bütün bu sətirlərə inad, əsla unutdum sanma...



Təxirə salınmış bir sevgi borclusan mənə həyat, yalnız bir damcı sevgi…



Müəllif: Aysel Abdullazadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!