Burnumuza görə xarakterimiz

Burnumuza görə xarakterimiz
Maraqlı məlumatlar
10.09.2017 11
Burnunuzun formasının xarakterinizdən xəbər verdiyini bilirdinizmi?

Belə bir deyim var: "Dünyada ən çətin şey insanın özünü tanımasıdır”. Sözümüzün canı odur ki, özünüzü və ətrafınızdakı insanları burnundan tanıya bilərsiniz. Təbii ki, həmin burun əməliyyat olunmayıbsa...

Bunun üçün Qadınlar.Biz-in təqdim etdiyi kiçik araşdırmaya nəzər yetirməyiniz kifayətdir!



Böyük burun

Böyük burun insanın qüdrətli olduğunu, liderlik etməyə can atdığını göstərir. Belələri eqoistdirlər. Əmr almaqdan zəhlələri gedir, onlar dünyaya əmr vermək üçün gəliblər.



Kiçik burun

Belə insanların xəyal gücü çox böyükdür. Yaradıcı insanlardırlar. Tez əsəbiləşirlər. Kütləni idarə etmək qabiliyyətləri var. Buna baxmayaraq, başqalarının həyatına biganə deyillər. Yaxşılıq etməyə can atırlar. Əməksevərdirlər.



Uzunburun

İş dünyasında böyük uğurlar əldə edirlər. Problemləri qısa müddətdə həll edirlər. Güclü iradəyə malikdirlər.



Qısa burun

Daim qayğılı olurlar, ən kiçik şeyləri böyüdüb özlərinə dərd edirlər. Sadiq, vəfalı insanlardır. Onların ən zəif cəhəti idarəçilik qabiliyyətlərinin olmamasıdır. Belə insanlar güclü xarakterə sahib olanların buyruğu altında yaşayırlar.



Düz burun

Zəkalı, intellektual olurlar. Xeyirxahdırlar, təbiətə düşkündürlər.



Fındıqburun

Bu insanlara güvənmək olar. Sözlərinə sadiqdirlər. Sevdikləri üçün əllərindən gələn hər yaxşılığı edirlər. Daim gözəl və baxımlı görünmək onlar üçün çox önəmlidir.



Qartalburun

Onlar üçün başqalarının fikri çox önəmlidir. İnsanlar tərəfindən sevilməyi arzulayırlar. Hər addımlarını bu sevgini əldə etmək üçün atırlar. Onlar üçün tək doğru öz düşüncələri, öz fikirləridir. Tənqidə dözümsüzdürlər.



Romalı burnu

Qədim Roma heykəllərinə baxsanız, hamısının burnunun eyni formada olduğunu görərsiniz. Bu tip buruna sahib olanlar inadkardırlar. Ehtiras gözlərini kor edə bilər. Liderlik bacarıqlarına sahibdirlər. Qərar verməzdən öncə uzun müddət götür-qoy edirlər.



Dalğalı burun

Daim əylənmək istəyirlər. Həyat onlar üçün böyük bir əyləncə mərkəzidir. Hamı ilə yola gedirlər, istiqanlıdırlar. Yeni şeylər kəşf etməyi sevirlər, macəraya can atırlar.



Afrikalı burnu

Hər fikrə açıqdırlar. Bütün problemləri təklikdə həll etməyə çalışırlar. İçlərindəki həvəs onların böyük uğurlar qazanmalarına kömək edir. Cazibəlidirlər, getdikləri hər yerdə baxışları özlərinə çəkirlər. Həyatları qaçaqaçda keçir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!