Gülümsəmək...

Gülümsəmək...
Maraqlı məlumatlar
10.09.2017 11
Gülümsəmək

Bir sevinc və ya kədər

Kinayələr

Bəlkə də,sadəcə mərhəmət.

Gözünün ən dərinlərindən süzülüb gələn bir parıltı

Buzları əridəcək qədər isti

Suları donduracaq qədər buz

Dodaqlarda təbəssüm

Bir neçə saniyəlik

Və yavaş-yavaş qayıdır əvvəlki vəziyyətinə.

Yavaş-yavaş süzülən baxışlar

Gülüşlərinin altında

Gizli-gizli pıçıldaşan

Arzular

Dünyadan kənar,dünyaya yaxın

Duyğular.

Səmada ucuşan

Yağmurun ən yüksək nöqtəsində

İslanan saçlar.

Bu gecə yenə bir ulduz sürüşüb düşür

Nə arzu tutum deyə içində bir həyəcan

Qarşıda açılan uzun bir yol

Arzulara uzanan

Bir ucunda dayanmış ulduzlar

Bir ucunda sən.

Atırsan addımlarını göylərə.

Ulduzlar qədər uzaq arzular

Yaşadığın duyğular

Yadlaşır

Uzaqlaşır səndən

Nə zaman ki

Səni susdurub,hisslər danışır

Bəzən gecələr

Bəzən də yağışlı bir Bakı günü

Unudub bütün dünyanı

Tutub arzularının əlindən

Ulduzların səni apardığı yollara gedirsən.

Bütün musiqilər və rəqslər sənəməxsus

Hisslər sənə arzularından danışanda.

Gülümsəyirsən

Dünyəvilikdən kənar düşmüş

Arzuların yollarında.

Bəzən gördüyün gözəlliklərin sevincindən

Bəzən əlçatmazlığın verdiyi kədərdən

Bəzən də bu dünyanın faniliyinin yaşatdığı kinayədən.

Sən hər zaman gülümsəyirsən

Hisslərlədolu bir dünyanın varlığını düşünəndə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!