Oxumaq niyə ən yaxşı hobbidir?

Oxumaq niyə ən yaxşı hobbidir?
Maraqlı məlumatlar
10.09.2017 36
Dünya görüşünüzü genişləndirir

Kitab oxumaq sizə yeni və fərqli bir şey verir. Hər oxuduğunuz kitabdan mütləq yeni bir şey öyrənərsiniz.



Beyninizi hərəkətə gətirir

Beyninizin işləməsini təmin edən bir hobbi olan kitab oxumaq yeni konsepsiyalar kəşf etməyinizi təmin edir. Kitabı oxuyarkən beyninizdə bir şeylər canlandırmağınız da zehin gimnastikası etməyinizi təmin edir və beyninizi daim canlı və kəskin tutur.



Xəyal gücünüzü genişləndirir

Televizoru açdığınız zaman xəyal gücünüzü istifadə etməyinizə ehtiyac qalmaz, çünki hər şey onsuz da qabağınızdadır. Amma kitab oxumaq elə deyil. Kitab oxuyarkən oxuduqlarınızı gözünüzün önünə gətirirsiniz və bu xəyal gücünüzün inkişaf etməsini təmin edir.



Rahatlıq verir

Kitab oxumaq insana rahatlıq verir. Tam sakitlikdə oturub kitabın dadını çıxarmaq sizi rahatladar, sakitləşdirər və xoşbəxt edər. Sıxıntılarınızdan uzaqlaşmağınızı təmin edər.



Dünya ayaqlarınızın altına sərilir

Oxuduğunuz müddətdə hər ölkəyə, hər dövrə gedə bilərsiniz. Görməyə imkanınız olmayan yerlər haqqında məlumatlar alıb, yaşamadığınız dövrləri kəşf edərsiniz.



Söz ehtiyatınızı genişləndirir

Kitab oxuyarkən yeni sözlər öyrənə bilər, beləliklə ana dilinizə ya da öyrəndiyiniz xarici dilə daha hakim ola bilərsiniz.



Boş vaxtınızda mütləq kitab oxuyun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!