Öp..keçsin...

Öp..keçsin...
Maraqlı məlumatlar
10.09.2017 13
[/center]
[center]"Heç vaxt kiminsə haqqını yemək olmaz!Bu cümləni sən mənə öyrətmişdin.Bu gün haqqsızlıq gördüm.
Demək ki,onlara bu cümləni öyrədən bir anaları olmayıb deyə düşündüm.
Amma çox qəlbim qırıldı anacan...
Öp..keçsin...





Neçə üzlər,neçə simalar gördüm hamısı 1-1indən fərqli...İnsanlar çox dəyişkəndir.
Məgər onların sənin kimi Olduğun kimi görün,göründüyün kimi ol! söyləyən anaları olmayıb?
Bu üzlər üzümə sillə vurdu sanki anacan...
Öp..keçsin...




Elə insanlar var insanlığımdan utandırır.Yadıma onların anaları düşür.
Sonra özümündə insan olduğum və həmin hərəkəti təkrar etmə mümkünatım ilə yadıma sən düşürsən.
Vicdanım ağrıyır anacan...
Öp..keçsin...




Bezdim paxıllıqdan.Paxıllar artmaz!deyirlər amma üzərinə yalan biraz da
vicdansızlıq gələndə artarlarmış.Zibildəndə təpə yarana bilər çiçəkdəndə.
Sənin baxıb fəxr edəcəyin o çiçək təpəni yaratmaq üçün çalışıram.
Lakin ümidlərim qırılır anacan...
Öp..keçsin...




Dillərində deyilənləri baxışları ilə təkzib edən gözlərə baxmaq istəmirəm!
Gözlərim yorulub anacan...
Öp..keçsin...




Lazım deyil heç bir dərman mənə!
Yalnız öpüşündür məlhəm bütün yaralarıma...
Şəfalı dodaqlarınla...
Öp..keçsin...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!