Planetin ən balacaboy sakini belə yaşayır

Planetin ən balacaboy sakini belə yaşayır
Maraqlı məlumatlar
10.09.2017 9
Nepalın Pokxar şəhərinin sakini 22 yaşlı Xaqendra Tapa Maqar planetin ən balacaboy adamıdır.

Onun boyu cəmi 67 sm, çəkisi isə 5,5 kiloqramdır. Amma bu gəncə pozitiv olmağa, həyatdan zövq almağa mane olmur.



Anadangəlmə cırtdanboylu olan Xaqendranın valideynləri onu çox sevirlər. Nepal kimi dini ölkədə bu cür əlilliyi olan uşaqları tərk etmək qəbul olunmur. Ana və ata uşağın onlara tanrı tərəfindən göndərildiyini qəbul edirlər. Valideynləri deyirlər ki, öz boyuna baxmayaraq Xaqendra həmişə özünə əmin olub.



O, Ket ləqəbli pişiyi ilə 8 ildir ki, birlikdə yaşayır. Lakin heç də bütün heyvanlarla arası yaxşı deyil. Belə ki, özünün dediyinə görə, onu bir neçə dəfə küçə itləri dişləyiblər.



Xaqendranın kumiri isə məşhur aktyor Rac Hamaldır. O, saçlarını bu aktyor kimi uzadır və ona bənzəməyə çalışır.



Planetin ən balaca adamının ən sevimli məşğuliyyəti axşamlar işıqlar sönərkən çarpayının üzərində əyləşərək yanan şama tamaşa etməkdir.



Qeyd edək ki, Xaqendranın həmyerlisi 2012-ci ildən planetin ən alçaqboylu sakini hesab olunan Çandra Baxadur Danqi 2015-ci ildə 75 yaşında vəfat edib. Onun boyu isə 56,4 sm idi.




 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!