Təbəssüm də sədəqədir...

Təbəssüm də sədəqədir...
Maraqlı məlumatlar
10.09.2017 4
Ürəyindən sevgi, çöhrəndən təbəssüm əskik olmasın! Sənin çöhrən sənin dünyaya ilk təqdimatındır. Adamın sifətinə baxıb onun xasiyyətini, mənəvi aləmini, niyyətini oxumağa çalışırlar. Bir də ki, insanın duyğu sistemi o qədər həssasdır ki, üzünə invanlanan bir təbəssümdən könlü açılar, içindəki qara buludlar çəkilib gedər. Qarşı tərəfə təbəssüm eləmək, əslində "mənim sənə rəğbətim var, məndən sənə zərər gəlməz" anlamına gəlir. Sevdiklərinizə təbəssüm edin, insanlara təbəssümlə baxın. Təbəssüm daxili zənginliyin əlamətidir.



"Təbəssüm də sədəqədir" buyurur sevimli Peyğəmbərimiz. Sədəqə dediyin təkcə bir kasıbın imkansızın açılmış əlinə qoyduğun pul deyil ki... Ümumiyyətlə, sədəqə mövzusu o qədər geniş anlayışdır ki, onu sadəcə maddi dəstəklə məhdudlaşdırmaq işin mahiyyətini öldürməkdir. İstər təbəssüm, istər yıxılan birisinin qolundan tutmaq, istər kiminsə xeyri üçün qan vermək, istər ən səmimi duyğularınla bir xəstəyə Allahdan şəfa diləmək.., hamısı sədəqədir. Sədəqədə niyyət Allahın rizasını qazanmaq olmalıdır, başqa niyyət sədəqəni dəyərdən salar.



Heç diqqət eləmisinizmi, biri üz-gözünü büzüşdürəndə kimsə onun yanında durmaq belə istəmir. Dünya-aləm sənin olsun, için qan ağlayandan sonra nə xeyri? Bir könül xoşluğu, bir xoş təbəssüm dünyadan daha dəyərlidir.



Təbəssüm edin, hər kəsə təbəssümlə baxmağı öyrənin. Təbəssüm qarşı tərəfin könlünü aldığı kimi, insanın iç aləmini də təmizləyir, gözəlləşdirir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!