Psixoloji xəstəlikləri aradan qaldıran yaşıl möcüzə

Psixoloji xəstəlikləri aradan qaldıran yaşıl möcüzə
Maraqlı məlumatlar
10.09.2017 15
Bəxtindən gileyli, şansından şikayətçi olanlar üçün bu, əsl tapıntıdır. Özü də bu günün, dünənin yox, çoxdanın tapıntısı.



Bu qiymətli daş ta qədimdən bəri şans daşı kimi tanınır.



Yaşıl möcüzə

Aventurin yaşıl, narıncı və mavi çalarlarda olan kvarsa deyilir. Yaşıl rəngli olanı daha geniş yayıldığından "aventurin", - dedikdə, ilk ağlagələn məhz yaşıl rəngli daş olur.



Aventurin, əsasən, Hindistan, Braziliya və Rusiyadan çıxarılır. Braziliyadakı yataqlardan əldə edilən daha dəyərli sayılır. Ümumilikdə, yarıqiymətli daşdır .



Aventurinin qiymətli daşlarla mübarizəsi

Yarıqiymətli olsa da, qiymətli daşlara güclü rəqib sayılır. Zinət əşyalarının hazırlanmasında ondan geniş istifadə edilir. İçərisindəki kiçik parıltılar ona xüsusi gözəllik bəxş etdyindən daş-qaş həvəskarları aventurinə biganə yanaşa bilmirlər. Hətta bəzən Hollivud ulduzları belə zümrüd, almaz kimi bahalı daşlar əvəzinə məhz aventurindən istifadə edirlər. Bəlkə də bunda, aventurinin qədim zamanlardan bəri şəfa qaynağı hesab edilməsinin rolu var.



Şəfa qaynağı

Digər daşlarla müqayisədə aventurinin şəfalı xüsusiyyətləri daha çoxdur. Üstəlik, təsiri də daha güclüdür. Xüsusilə, mistik qüvvələrə inananlar bu daşı çox sevirlər.



"Şans daşı”nın psixoloji təsirləri

Qədim zamanlardan bəri aventurin "şans daşı”, bəzən də "ulduz daşı” adlandırılıb. Cənubi Amerikada yaşayan şamanlar aventurini müqəddəs daş hesab edirlər. Onlar bir çox ritualları aventurin vasitəsi ilə həyata keçirirlər. Avropanın bəzi ölkələrində aventurin daşından 6-cı hissi qüvvətləndirmək, öncəgörmələr üçün istifadə olunub. Daş inasanın özünü daha xoşbəxt və azad hiss etməsinə səbəb olur. Ürəyinin qapılarını eşqin üzünə bağlayanların yenidən sevgiyə inanmalarına kömək edir.



Aventurin həm də xəyalpərəstlərin daşıdır. Xəyallarını reallaşdırmaq üçün onlara stimul verir. Özünüzü sıxıntıda, darda hiss edirsinizsə, mütləq yanınızda aventurin daşı gəzdirin. Çünki o, psixoloji xəstəliklərə yaxşı təsir edir. Onu sənətlə, ədəbiyyatla məşğul olan insanlara tövsiyə edirlər. Çünki insana ilham verir, onu motivasiya edir. İş həyatında uğur qazanmaq istəyənlər də aventurinə müraciət edə bilərlər. Onlar da bu daşın sayəsində xarizması olan birinə çevriləcək, özünə inamı artacaq. Qorxu, narahatlıq hissələrini azaldan daş insana xoşbəxtlik, pozitiv enerji verəcək. Aventurin həm ondan istifadə edən şəxsə, həm də onun əhatəsində olanlara sevinc bəxş edəcək.Səbrsiz olanlar da aventurin daşından istifadə etməlidirlər. Daşın insana səbr verdiyi, hadisələri daha real qiymətləndirməyə kömək etdiyi deyilir. Əsəb, qısqanclq, nifrət kimi mənfi duyğuları azaldır. Mənfi enerjini uzaqlaşdırır. Şans oyunlarında uğur gətirir.



Ürəyi qoruyub, ömrü uzadır

Aventurin, xüsusilə, ürək üçün çox faydalıdır. Onu ürəyin üstündə yarım saat saxladıqda xəstəliklərin qarşısını alır, ömrü uzadır. Stressə qarşı təsirli olan daş depressiyanı aradan qaldırır. Yuxusuzluqdan əziyyət çəkənlər üçün ən faydalı daşlardan biridir. Daş sakitləşdirən, dinclik verən xüsusiyyəti sayəsində yuxuya getməyi asanlaşdırır. Xolesterini aşağı salır. Sinüzit (burun kanallarının tutulması) zamanı istifadə edilə bilər. Burun kanallarında baş verən iltihablanmanın qarşısını alır. İmmunitet sistemini gücləndirir. Fiziki gücü artırır.



Orta əsrlərdə bu daşdan allergiyaya, dəri və saçdakı qaşıntılara, astmaya, sızanaqlara, qoltuqaltı tərləməsinə qarşı istifadə edilib. Deyilənə görə, daş yaşlanmanı gecikdirir, yaşlılıq əlamətlərini aradan qaldırır, hüceyrələri yeniləyir.



Hansı bürclərə tövsiyə edilir?

Aventurin əkizlər, qız və tərəzi bürcündən olanlara daha yaxşı təsir edir. Bu bürclər altında dünyaya gələnlər yanlarında aventurin daşı gəzdirsələr, bütün işləri uğurlu alınar.



20 gündən bir təmizlə

Hər şəfalı daş kimi aventurin də ilk istifadədən öncə mütləq təmizlənməlidir. Onu axar su altında 5 dəqiqə saxlayın. Əgər aventurin hər hansı bəzək əşyasının üzərindədirsə, onu sirkəli su ilə silin. Daşı günəşin altında 24 saat saxlamaq da eyni effekti verir. Daş 20 gündən bir təmizlənməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!