Biblioterapiya - sözlə şəfa vasitəsi

Biblioterapiya - sözlə şəfa vasitəsi
Maraqlı məlumatlar
10.09.2017 10
Bir çox bədii ədəbiyyat var ki, insan onları oxuyandan sonra özündə qüvvə hiss edir, lakin eləsi də var ki, əksinə, oxucu bu əsərlərdən sonra qəm-qüssəyə batır. Tədqiqatçıların çoxu qeyd edir ki, bir çox müəlliflərin, o cümlədən A.Puşkin, A.Blok, A.Çexov və başqalarının əsərlərinin oxunması insanı pərişan durumdan xilas edə bilər. Bu, insanlara yeni və gözəl olanı görməyə kömək etmək formalarından biridir.



Tədqiqatçılar hər yazıçının yaradıcılığında özünəməxsus cəhətlərin olduğu qənaətinə gəliblər. Bəzilərində şən məsələlər, o birilərində dərin və fəlsəfi mühakimələr olur, digərləri isə yaşamaq arzusunu oyadan yeni hisslər aşılayırlar.



Biblioterapiya qədim zamanlardan yaranıb. Misir fironu II Ramzesin kitabxanasının girişində üzərində "Qəlb üçün dərman" yazılan lövhəcik asılıbmış. Deməli, hələ uzaq keçmişdə insanlar kitabın əhəmiyyətini başa düşürdülər. Kitabla müalicə hələ Yunanıstanın ilk kitabxanalarında tətbiq edilib. Böyük riyaziyyatçı alim və məşhur loğman Pifaqor bir sıra xəstəliklərin müalicəsində otlar və musiqi ilə yanaşı şeirlərdən də istifadə edib.



Avropada kitabla müalicənin başlanğıcını ilk kilsə kitabxanaları qoyub. Bu kitabxanalarda dindarlara rahatlıq və ümid verən dini məzmunlu kitablar saxlanılıb. İntibah dövründə biblioterapiyadan müalicəvi məqsədlərlə istifadə edilib.



Lakin bu müalicə metodu elmi cəhətdən yalnız XX əsrin əvvəlində əsaslandırılıb. Terminin adı ilk dəfə 1916-cı ildə çəkilib. Həmin vaxtdan həm nəzəri, həm də praktik səciyyəli yüzlərlə yazılar dərc edilir. Bir çox tibb konfranslarında biblioterapiya ənənəvi təbabətin mühüm hissəsi kimi nəzərdən keçirilir.



İstisna deyil ki, yaxın gələcəkdə həkimlər xəstəyə kitabları müalicə preparatı kimi yazacaqlar. Bu fikir sizə absurd görünür? Çox nahaq yerə! Onlarla tədqiqat göstərir ki, kitablar bizim səhhətimiz üçün faydalıdır. Bəs bu fayda nəyin hesabınadır? Oxumaq baş beyinin hər iki yarımkürəsinin və onun bütün sahələrinin cəlb olunduğu çox mürəkkəb prosesdir.



Beyinin alın paylarından, həmçinin bizim ürəyimizin fəaliyyəti və nəfəs almaq bacarığımız asılıdır. Məhz buna görə də oxumaq ürəyin və tənəffüs sisteminin yaxşı fəaliyyəti üçün zəruri hesab edilir.



Alimlərin tədqiqatlarına əsasən, gün ərzində 6 dəqiqə kitab oxumaq infarktdan yaxa qurtarmaq üçün kifayətdir. Kitab oxumaq insultdan sonra daha sürətlə bərpa olunmağa kömək edir. Mütəxəssislər bildirirlər ki, insult keçirmiş kitab həvəskarları ömründə bir kitab belə oxumayan adamlarla müqayisədə daha tez sağalırlar.



Tədqiqatçılar əmindirlər ki, kitab həvəskarları yaddaşın zəifləməsi ilə bağlı xəstələnmək riskini 40 faiz azaldırlar. Çünki oxumaq beyin hüceyrələrini məhv olmağa qoymur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!