Atadan qızına

Atadan qızına
Maraqlı məlumatlar
10.09.2017 39
Atamın öldüyü gün birinə aşiq olmuşdum.

Bəzən elə olur.

Hər şey üst-üstə gəlir.

Polis olmasaydım, qatil olardım.

Çünki həqiqi bir sarsıntı, saxta bir tarazlıqdan yaxşıdır.

Minlərlə cəsəd, minlərlə qatil və bir evlilik gördüm.

Səni, intihar etdiyin gün tanıdım qızım.

Səninlə o gün barıştım.

İndi yalnız gecələri, yapayalnız və ayaqyalın anlayabildiğim şeylər var.

İndi mənim də yalanlara inanmağa ehtiyacım var.

Bütün çarəsiz insanlar kimi, dağılan bir məktəb kimi.

Acılarımız da bir-birinə bənzəyir artıq qızım.

Bir-birinə bənzəyən barmaqlar kimi.

Amma hər birinin bənzərsiz bir izi var.

Bəzən gözlərim dolur qaranlıqda.

Amma fısır fısır danışmağa başlayırsan yenə qulağımız dibində.

Heç susmursan.

Ağlamağıma əsla icazə vermirsən.

Hər şey bağışlanıldı"Atacan" deyirsən.

"Heç ayrılmayacağıq" deyirsən.

"Kaş ki həmişə yanında olsaydım" deyirəm belə danışdığını eşidəndə.

"Bu qış çox qar yağar, bəlkə birlikdə itərik" deyirsən sən mənə.

Amma qar dənələri bir-birinə bənzəməz ki qızım?

Cəsədlər də bənzəməz.

Amma bir cinayət, başqa bir cinayəti xatırladar hər zaman.

Qaçan atlar, yıxılan atları xatırladar.

Yağmur yağar.

Dayanar.

Təkrar başlayar.

Yanlış yolda getmək, doğru yolda gözləməkdən yaxşıdır.

Beşikdən məzara qədər.

Qaranlıqda hər kəslə toqquşa bilər insan.

Yalan mı söyləyirəm sənə?

Bağışla məni qızım.

Bağışla.

Bir çox doğru söylədik amma.

Heç burnumuz qısalmadı ki qızım.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!