İnsanı yoldan çıxaran mavi gözlər, qırmızı dodaqlar...

İnsanı yoldan çıxaran mavi gözlər, qırmızı dodaqlar...
Maraqlı məlumatlar
10.09.2017 10
Dövrümüzün ən çox bəyənilən stil ikonalarından biri Aleksa Çanqdır. 

 

İncə ayaqlar, gözəl gözlər…

İngilis
stili dedikdə, ilk öncə ağlımıza məhz Aleksa Çanq gəlir. 1983-cü ildə
dünyaya göz açan bu xanım model və aparıcı kimi fəaliyyət göstərib.
Həmçinin, "Vogue” jurnalının redaktorluğunu edib. Ancaq ürəkləri məhz
özünəməxsus stili ilə fəth edib.

 

Ard-arda - 2011, 2012 və 2013-cü illərdə "British Fashion Awards” mükafatına layiq görülüb. Tez-tez "Elle” və "Harper's Bazaar” kimi məşhur jurnalların "ən yaxşı geyinənlər” siyahısında yer alır.

 

1.74
boyu, incə ayaqları, gözəl gözləri ilə getdiyi hər yerdə diqqəti
üzərinə çəkən Aleksa dillərə dastan stili ilə dizaynerlərin belə
rəğbətini qazanıb.

 

Gələcəyin Keyt Mossu

"Nyu
York Times” Aleksanın stilini möhtəşəmliyinə görə Keyt Mossla müqayisə
edir. Dahi dizayner Karl Laqerfeld isə onu "Gözəl, ağıllı və müasir
stilli qız” hesab edir. Karl Laqerfeld kimi bir moda dahisindən belə
sözlər eşitmək hər gözələ nəsib olmur. Bütün bunlar Aleksanın mükəmməl
zövqündən xəbər verir.

 

Dizaynerlərin ilham mənbəyi

Aleksanın stili bir çox moda dizaynerinə ilham verib. Məsələn, "Mulberry”
brendinin dizaynerləri Aleksa Çanqın əlində gördükləri vintaj bir
çantadan ilhamlanaraq yeni çanta modeli hazırlayıblar. Modelin şərəfinə
"Alexa Mulberry” adlandırılan çanta Aleksanın ən sevimli
aksessuarlarından birinə çevrilib. Xüsusən, çantanın qəhvəyi və leopard
printli modellərini daha çox bəyənib.

 

Gözəl model "Vero Moda”, "Eyeko”, "Agata” kimi brendlər üçün öz zövqünü əks etdirən kolleksiyalar hazırlayıb.

 

Gündəlik stildə ingilis ruhu

Aleksa
gündəlik həyatda rahat olmağa üstünlük verir. Rəng uyğunluğuna,
kəsimlərə əhəmiyyət vermədən ürəyi istəyən hər şeyi geyinsə də, çox şıq
görünür. Onun
ən böyük üstünlüyü də elə bundadır. Müxtəlif stilləri  qarışdıraraq
özünəməxsus tərz yaradan Aleksa Çanqın stilində ingilis ruhu hiss
edilir. Onun oksford tərzi ayaqqabılardan vaz keçməməsi də bunu deməyə
əsas verir. Oksford ayaqqabılarla möhtəşəm kombinlər ərsəyə gətirən
Aleksa rahatlıqla şıqlığı birləşdirir. "Loafer” ayaqqabılar və babetlər
də onun stilinin əsasını təşkil edir. Aleksa "Charlotte Olympia”
brendinin məşhur "Kitty Flats” babetlərinin vurğunudur. Stil ikonasının
vaz keçmədiyi ayaqqabı növlərindən biri də topuqdan bağlanan babet və
səndəllərdir. İstər düz dabanlı, istərsə də, hündürdaban ayaqqabı
geyinsin, Aleksa onun topuqdan iplə və ya kəmərlə bağlanmasını xoşlayır.

 

Cazibədar
model qısa şortları çox bəyənir. Gündəlik stilində demək olar ki, ən
çox qısa şortlara üstünlük verir. Xüsusilə də, cins və dəri şortları çox
sevir.

 

Yay aylarında, əsasən, cins şort geyinən stil ikonası, qışda dəri şortları kolqotka ilə uyğunlaşdırır.

 

Köynəklər
də Aleksanın vazkeçilməzlərindəndir. Oksford ayaqqabılarını köynək və
qalın koftalarla kombinə etməyi xoşlayır. Printli koftalarla şıq
kombinlər yaratmağı bacarır.

 

Bir
çox həmkarı kimi Aleksa Çanq da leopard printli geyim və aksessuarlara
biganə yanaşa bilmir. Kiçik leopard detallarını stilində tez-tez əks
etdirir.

 

Mini ətəklər də Aleksanın qarderobunda önəmli yer tutur. O, belə ətəkləri bol kəsimli köynək və kofta ilə geyinir.

 

Moda həftələrinin ulduzu

Digər
stil ikonaları kimi Aleksa Çanq da moda həftələrinə maraq göstərir.
Demək olar ki, bütün moda həftələrini yaxından izləyir. Buna baxmayaraq,
moda həftələrinə gedərkən diqqət çəkən, dəbdəbəli geyimlər əvəzinə sadə
və şıq kombinlər seçir.

 

"Gucci” və "Chanel” Aleksanın ən sevimli brendləri arasındadır.

 

Qırmızı xalıda bir gözəl

Aleksa
ən zövqlü qırmızı xalı kombinlərinə imza atan ulduzlardan hesab edilir.
Qırmızı xalı kombinlərində də vintaj geyim və aksessuarlardan ustalıqla
istifadə edir. Qırmızı xalı üçün seçdiyi libaslar, adətən, krem rəngi,
mavi və qırmızı rəngdə olur. Küçə stilində bohem stilə yaxın üslubda
geyinsə də, xüsusi dəvətlərə gedərkən qotik tərzi ilə təəccübləndirir.
İdeal fiqurası ona hər şey geyinməyə icazə verir. Odur ki, Aleksa
printli, çiçəkli, güllü, bəz-bəzəkli donlar geyinməkdən çəkinmir. Belə
geyimlərini bəzən qeyri-adi rənglərdə olan ayaqqabılarla tamamlayır.
Məsələn, xara parçadan tikilmiş çəhrayı rəngli donlarını, adətən, mavi
rəngli "loafer” ilə geyinir. Bu da onun qotik tərzini vurğulayır.

 

Laynerin bəxş etdiyi cazibədarlıq

Aleksanın
gözəl üz quruluşu ona istədiyi hər makiyaj tərzinin yaraşmasını təmin
edir. Buna baxmayaraq, model sadə makiyaja üstünlük verir. Gözlərini
laynerlə vurğulamağı xoşlayır. Adi günlərdə açıq rəngli dodaq
boyalarından istifadə etsə də, qırmızı xalı gecələrində qırmızı və
zoğalı rəngə üstünlük verir. Cazibədar model bununla da gözlərinin
maviliyini ön plana çıxarır. Aleksa həm stilində, həm də makiyajında
heyranı olduğu Bricit Bardodan ilham aldığını gizlətmir:

 

"Bricit
Bardonun fotolarına baxanda sarışın bir fransız olmağı arzulayıram.
Onun stili ilham verir. Sadə makiyajı sevirəm. Əgər gecə çölə
çıxacağamsa, "pişikgözü” makiyajı edirəm. Məncə, qadını ən gözəl
göstərən şey laynerdir. Dodaqlarımı təbii məhsullardan hazırlanan
balzamlarla nəmləndirirəm. Həftədə 2-3 dəfə qəhvəyi şəkər tozu ilə
dodaqlarımı masaj edib isti su ilə təmizləyirəm. Nəticədə dodaqlarım ölü
hüceyrələrdən təmizlənir. Makiyajda ənliyin xüsusi yeri var. Həddən
artıq çəkdikdə əks effekt verə bilər. Mən krem ənlikləri xoşlayıram.
Xəfif çəhrayı yanaqları kim bəyənməz?”

 

Qısa saçlar da gözəldir…

Model
deyəndə, gözümüzün önünə istər-istəməz uzun saçlı zərif xanımlar gəlir.
Çünki modellərin əksərinin saçı uzun olur, onlar sağlam və parlaq
saçları ilə öyünürlər. Aleksa isə qısa saç kəsimlərini sevir. O, çiyinə
qədər uzanan saç modelindən illərdir ki, vaz keçmir. Saç telləri nazik
olduğu üçün xəfif dalğalandırır. Rəngə gəldikdə isə, torpaq çalarlarına
üstünlük verir.

 

"Saçımın
rəngini mövsümə uyğun olaraq dəyişirəm. Məncə, qışa tünd rəngli saç
daha çox yaraşır. Yaz və yay aylarında isə daha açıq rənglərə meyil
edirəm”.

 

Siz də Aleksa kimi cazibədar görünmək istəyirsinizsə, təqdim etdiyimiz fotolardan ilham alın!




 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!