Astral səyahət nədir?

Astral səyahət nədir?
Maraqlı məlumatlar
10.09.2017 37
Astral insanın bədəndən kənar, ruhi səyahətidir. Əslində bu anlayışın hələ ki, tam izahı yoxdur. Amma ümumi izahat belədir:

Biz ruhi və fiziki bədənlərdən ibarətik. Biz yatanda ruhi bədən
fiziki bədənimizi tərk edir. Bu həmişə baş verir, lakin biz heç də
həmişə astral adlanan zonaya düşə bilmirik.

Cadugərlik və ya ekstrasenslikdə üç dünya var: ruhi dünya, astral
dünya və fiziki dünya. Qədim dövrlərdə müdriklər və maqlar fizika barədə
çox dərin biliklərə sahib idilər. Onlar dörd əsas ünsürün adını
çəkirdilər: torpaq, su, hava və od. Bu dörd ünsürdən başqa onlar bəzən
beşinci ünsürün də olduğunu deyirdilər. Ona incə enerji, efir deyilirdi.
Hindlilər onu akasa adlandırırdılar. Əsl adı isə astral və ya astral
işıq idi. Astral dünyanın forması yoxdur. O hər hansı materialdan
düzəlməyib. Həmin dünyada bizim keçmişimiz və gələcəyimiz görünür. Bir
çox ekstrasenslər məhz astral yolla gələcəyi və ya keçmişi görürlər.
Astral səyahət zamanı bizim "mən”imiz astral bədənin daxilində olur.
Bəzən biz hətta bunu dərk edə bilirik. Astral səyahət zamanı heç də hamı
astral bədənini görə bilmir.

Astral adlanan əraziyə xüsusi metodlardan istifadə etməklə düşmək
olar. Beləcə insan yuxuda özünü dərk edə bilər. Dünyadakı hər kəs həyatı
boyu heç olmasa, bir dəfə astral səyahət edir. Lakin xüsusi biliklər
olmadan həmin ərazidə qalmaq qeyri-mümkündür. Dediyimiz ərazi sizə adi
yuxu kimi gələ bilər, amma bu yuxu deyil. Siz divarlardan keçə
bilərsiniz, insanlara toxunub bunu hiss edə bilərsiniz, ürəyiniz istəyən
adamı görə bilərsiniz və s. Sadəcə bunun üçün beyni məşq etdirmək
gərəkir. İlk dəfə insan qorxur. Siz astralda qorxulu məxluqlara və ya
qara qüvvələrə rast gələ bilərsiniz. Amma yavaş-yavaş buna alışırsınız.
Məsələn, astralda olanlardan biri şəxsi təcrübəsindən danışır ki, otağa
girərkən divanın üstündə pişik görüb. Sonra pəncərəyə baxıb eyni pişiyi
orada görüb.

Bir neçə metoddan istifadə etməklə astralda olmaq mümkündür. 1. Birbaşa metod 2. Bilavasitə metod 3. Yuxuda dərk etmə

Birbaşa metodda yuxudan istifadə edilmir. Yəni siz gözünüzü yumub
müəyyən texnikadan istifadə etməklə astrala düşürsünüz. Əksər
həvəskarlar səhv edirlər. Xüsusi metodika və təlim keçmədən birbaşa
metoddan istifadə etmək istəyirlər. Belə səhvlərin nəticəsi ağır
olur.Yuxuda gəzmələr və hətta bu şəraitdə intahara belə gətirib çıxara
bilir.Bundan ötrü çox ehtiyatlı olmalı, beyini bu yöndə məşq etdirmək
lazımdır.

Bilavasitə metodda yuxudan istifadə edilir. Yəni yatırsınız,
ayılırsınız və həmin anda texnikadan istifadə edib astrala düşürsünüz.

Üçüncü, yuxuda dərk etmə metodudur. Bu zaman yatırsınız və dərk
edirsiniz ki, bu yuxudur. Ondan istifadə etməklə astrala düşmək
mümkündür.

Adətən insanlar astraldan ayıldıqdan sonra reallıqla yuxunu qarışdırırlar. Bu ona görədir ki, Astral real həyatla çox oxşardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!