Yağışı sevə bilməyənlərə...

Yağışı sevə bilməyənlərə...
Maraqlı məlumatlar
10.09.2017 18
Mənə görə insanlar 2 tipə bölünürlər: yağışı sevənlər və sevməyənlər.

Yağışı
sevənlər həyatın hər anına sevinənlərdi. Hər anı dəyərləndirməyi
bacaranlardır, xoşbəxt olmağı qarşısına məqsəd qoymuş kəslərdi.

Onlar
üçün ən xırda nüanslardan həzz almaq çox rahatdı. Yağışdan qorxmurlar,
islanmaq onlar üçün təhlükə sayılmır. Necə ki, həyatı yaşamaqdan
qorxmadıqları kimi.

Onlarda mərhəmət və sevgi hissləri daha güclüdür. Sevməyi bacaran, köməyi əsirgəməyən bu insanlar həyatda ən xoşbəxt kəslərdi.

Onlar canlıları təbəqəyə bölmürlər. Ağaca da, gülə də, kücədəki kimsəsiz heyvana da eyni insanlıqla yanaşırlar.

Yağışdan
sonrakı torpaq qoxusunu duyan insanlar isə bir başqa aləmdi. Nədənsə bu
qoxunu cəza evindəki insanlar daha çox sevir, daha gözəl anlayır.

O qoxuda azadlıq, o qoxuda bir quşun sərbəstliyi, bir həyatın hekayəsi olur.

O
qoxuda uşaqlığın, gəncliyin, qocalığın duyulur. Nə zaman yağış yağsa,
keçmişindən xəbər verdiyi qədər gələcəyinə də bir qucaq ümid vermiş
olur.

Yağışı
sevməyənlər isə qorxaqlardı. Yağışın damcısından hürkürlər. Elə bil, bu
yağış üzlərindəki maskanı yuyub qoparacaq, əsl üzləri üzə çıxacaq.

Onların yalan və nifrətlə yoğrulmuş bədənləri daima yorğunluq içindədir. Tək yağışa olan qəzəb deyil bu.

Hava
isti olsa, deyəcək ki, mövsümə uyğun deyil hava, nə geyinəcəyimi
bilmirəm. Hava soyuq olsa, deyəcək ki, qış vaxtsız gəldi, işləməyə,
gəzməyə, heç yaşamağa da həvəsim yoxdu.

Piyada
ayaqqabısı su oldu deyə narazı olacaq, maşını olan isə arabasını təzə
yuduzdurub deyə hirslənəcək. İstənilən halda yağış onlarda qəzəb
yaradır. Belə insanları həyatda heç nə ilə razı salmaq olmur. Həyatdan
və insanlardan həmişə narazı və küskün halda gəzirlər. Həyatın yalnız
problemlərdən ibarət olduğunu, dünyaya yalnız əziyyət çəkmək üçün
gəldiklərini düşünürlər. Daima dərdlidilər. Məsələ yağışda deyil. Məsələ
yağışı sevən və sevməyən insanların bir-birindən kəskin fərqindədir.

Seçimə
qalanda mən həmişə mənimlə yağışın altında yürüyən insanları seçirəm.
Onlara daha çox güvənirəm. Yağışı sevənlərin gözlərində bir başqa işıq
olur. Dünyaya bir başqa gözlə baxırlar. Yağışı sevən insanları sevirəm.
Çünki sevməyi bacarırlar.

 

Müəllif : Mələk Heydərovaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!