Məşhur modelyer Paul Poiretin həyatı

Məşhur modelyer Paul Poiretin həyatı
Maraqlı məlumatlar
10.09.2017 26
Yerli mədəniyyətdən ilhamlanan Poiret Art Deco öz dizaynları ilə dünya
müharibəsi öncəsi məşhur olan moda dünyasının ən önəmli modelyerlərindən
Paul Poiret 1900-cü illərin əvvəllərində modern yüzilliyin
dərzilərindən biri kimi tanınan Charles Worth-un yanında çalışmış və
yaratdığı geyimlərlə dərzilik sahəsində yeni kəşflər etmişdir.
Modelyerin moda tarixinə bəxş etdiklərinə birlikdə nəzər salaq:

- Qadın geyimlərinin bədəndə qəlib kimi durmasını təmin edən elementləri geyimlərdən 1903-cü ildə çıxartmışdır.

- 1906-cı ildə dizayn etdiyi düz, uzun ətəkli donlar ilə qadınları korsetin əlindən xilas etmişdir.

- Şərq üslubunu geyimlərə köçürən Poiret kəməri yuxarı qaldıraraq eleqantlığı ön plana çıxarmışdır.

- Gecə geyimləri ilə Poiret azad qadını ortaya çıxarmışdır.

- Geyimlərdə canlı rənglər istifadə etmişdir. 1910-cu illərdə Poiret "Sultan” stilini yaratmışdır.

- Qısa və ya uzun ətək altına
geyilərək biləkdə darlaşan bol şalvarlarda bahalı parçalar istifadə
etmişdir, qonaqların bu geyimlərlə qatıldığı yığıncaqlar təşkil
etmişdir.

- Papaq sevmədiyi üçün saçları tamamilə içinə alan saç örtülərini geyimləri tamamlamaq üçün istifadə etmişdir.

- O birinci dünya müharibəsi
başlayarkən hərbiyə qatılmış, 1919-cu ildə təxris olduqdan sonra isə
moda evinin ulduzu sönmüşdür. Modaya olan qatqısı Picassonun sənətə olan
qatqısı ilə müqaisə edilən Paul Poiret 1879-1944-cü illər arasında
yaşamışdır.

Moda tarixində Yves Saint Laurent,
Coco Chanel, Hubert De Givenchy gibi adlardan daha da görkəmli bir taxta
sahib olan Poiret digərlərindən dövr olaraq bir addım geridə, duruş
olaraq isə minlərcə addım irəlidə idi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!