Solaxaylıq - məşhur adamların simasında mif və reallıqlar

Solaxaylıq - məşhur adamların simasında mif və reallıqlar
Maraqlı məlumatlar
10.09.2017 9
Vaxt
var idi ki, solaxayların həyatı hər an təhlükə altında idi. Keçmiş
zamanlarda Avropada solaxaylıq iblislik əlaməti hesab edilirdi və
solaxaylara ölüm hökmü oxunurdu.

Bu səbəbdən də solaxay doğulanlar solaxay olduqlarını gizlətməyə çalışırdılar.



 Rusiyada,
I Pyotr belə bir fərman vermişdir ki, "kürənlər, solaxaylar, taygözlər
məhkəmədə şahidlik edə bilməzlər”. I Pyotr bunu belə izah edirdi: —
"fırıldaqçı bədzatlara İlahi özü nişan qoyur”. Hal-hazırda isə bu cür
rüsvayçı fərmanlara heç yerdə rast gəlmək mümkün deyil. Hətta
məktəblərdə belə solaxaylara sol əllə yazmaq qadağa edilmir. Amma yenə
də, solaxaylarda nəsə bir qeyri-adiliyin olması haqda fikirlər
dolaşmaqdadır. Buna misal olaraq sizlərə dünyaca məşhur olan tanınmış
solaxayların həyatından bir neçə faktları çatdırmaq istəyirik:



İsaak Nyuton: "Solaxayların məntiqi, qadın məntiqi kimi ağlasızmazdır”...

 Məşhur
alim İsaak Nyuton solaxay olmuşdur və onun davranışlarında da, özü
dediyi kimi, ağlasızmazlıqlar çox olmuşdur. Nyuton pişikləri çox
sevərmiş, amma işləyərkən pişiklərin ona mane olmasına çox səbirsiz idi.
İşləyərkən pişiklərin ona mane olmaması üçün, alim həmişə pişikləri
bayıra qovarmış. Bu səbəbdən də o, qapıda deşik açdırıbmış. Qeyri-adi
olan isə odur ki, bu pişiyin 3 balası dünyaya gələn zaman Nyuton ana
pişik üçün açdırdığı deşiyin yanından üç ədəd balaca deşik də açdırır,
balaca pişiklərin də bayıra çıxa bilməsi üçün. Dünya şöhrətli alimin heç
ağlına gəlməmişdi ki, böyük pişik üçün açılmış deşikdən elə balaca
pişiklər də çıxa bilərlər. 

 

Ernesto Çe Qevara: "Solaxaylar sağçılara nisbətən az ömür sürürlər”

Bu
statistik məlumata inanıb-inanmamaq hər kəsin öz şəxsi işidir. Amma
qeyd etmək lazımdır ki, bəzi statistik məlumatlara əsasən, solaxaylar
sağçılara nisbətən – 2 il, bəzi məlumatlara görə — 7 il, bəzilərinə görə
isə — 9 il az ömür sürürlər. Buna Latın Amerikasının məşhur azadlıq
mücadiləçisi olmuş Çe Qevaranı misal gətirmək olar. Bu hadisə 1967-ci
ildə Boliviyada baş vermişdir. Çe Qevaranın başçılıq etdiyi üsyançı
dəstənin izinə düşüb onları məhv etməyə çalışan reyncerlər. Reyncerlər
şəxsən Çe Qevaranın özünü tutub zərərsizləşdirmək istəyirdilər və onun
hansı dəstədə olduğunu bilmək istəyirdilər. Bu işdə Çe Qevaranın
solaxaylığı reyncerlərə çox kömək etmişdir. Belə ki, qalın, keçilməz sıx
meşəliklərdə ağac və kolların qol- budaqlarının qeyri-adi formada,, sağ
tərəfdən deyil, sol tərəfdən sol əllə kəsilərək cığırların açılması
reyncerlərin karına gəlmişdir. Belə ki, həmin yerləri nəzərdən keçirən
ekspertlər dəqiqləşdirmişlər ki, ağac və kolların qol-budaqlarını ancaq
solaxay olan adam bu cür istiqamətdə kəsə bilər. Bu solaxay adam isə Çe
Qevara idi. Məlumata görə, reyncerlər Çe Qevaranın harada olduğu
müəyyənləşdirmişlər. Buradan belə nəticə hasil olur ki, Ernesto Çe
Qevaranın solaxay olması öz başına bir bəla olmuşdur.



Uinston Çerçill: " Solaxaylar gözlənilməz qabiliyyət göstərə bilirlər”.

Belə
bir qabiliyyətli tanınmış siyasətçi və Böyük Britaniyanın keçmiş Daxili
İşlər Naziri olmuş Uinston Çerçill Birinci Dünya Müharibəsindən sonra
40 yaşını haqlayan zaman, əlinə firça alaraq göstərmişdir. Solaxay olan
Çerçill çəkdiyi rəsmləri gizli adla Parisdə keçirilən sərgiyə göndərmiş
və rəsmləri sərgidə çox yüksək qiymətləndirilmiş, hətta çox yaxşı
qiymətə satılmışdır.



Mütəxəssislər
Çerçillin çəkdiyi rəsmləri çox yüksək qiymətləndirərək belə demişlər: —
"...Bu rəsmlər dünya şöhrətli impressionist rəssamların yaratdığı
şedevr rəsm əsərləri ilə rəqabət apara bilər.



Nikolay Leskov: " Solaxaylar ziddiyyətli və qəddar olurlar”

 Məşhur
rus yazıçısı N. Leskov özü solaxay olmaqla bərabər, "Solaxay haqqında
hekayə” əsərinin müəllifidir. Bu hekayə — nağıl dünyaca məşhur
əsərlərdəndir. Bu hekayədə N. Leskov, "Solaxay” ləqəbli tulalı ustanın
birənin ayağını sol əllə nallayaraq, ingilis ustasını necə mat
qoymasından danışır. Bu hekayədə müəllif solaxay ustanın həm
məharətindən, həm də onun qəddarlığından, yəni birənin ayağını
nallayaraq onu hərəkətsiz qoymağından sıhbət açır.

 

Albert Eynşteyn: "Solaxaylar çox çətin təlim olunurlar və təsir altına çətin düşürlər”

Bu
fikirlə yəqin ki, Eynşteynin bütün müəllimləri razılaşardılar. Çünki
müəllimləri Albertə ən sadə misalları belə çətinliklə başa sala
bilirdilər. Dünya şöhrətli alim məktəbdə oxuyarkən, keçdiyi fənləri çox
çətin qavradığından oxumağı bir müddət dayandırmaq fikrinə düşür. Amma
gimnaziya rəhbərliyi onu qabaqlayır və Albertin qimnaziyanı bitirməsinə 1
il qalmış rəhbərlik ona gimnazıyanı tərk etməyi təklif edir.



Bütün bunlara baxmayaraq solaxay olan Albert Eynşteyn ən şöhrətli alim olmuş və skripkada mükəmməl ifa edə bilirmiş.



Makedoniyalı İsgəndər: "Solaxaylar çətin vəziyyətlərdə qeyri-adi, standart olmayan çıxış yolları tapırlar”

Dünya
şöhrətli sərkərdə. əfsanəvi Makedoniyalı İsgəndər solaxay olmağı ilə
bərabər, onun gözlərinin hərəsi bir rəngdə olmuşdur. Deyilənə görə, onun
gözünün birinin rəngi qonur, digərinin rəngi isə mavi imiş. Onun
gözlərinin müxtəlif rəngli olması təkcə əsgərlərdə deyil, yaxın
silahdaşlarında da qorxu, vahimə hissi yaradırdı.



Tarixdə
Makedoniyalı İsgəndər kimi solaxay hökmdarlar az olmamışdır. Digərləri
kimi. Makedoniyalı İsgəndər də solaxaylığın bir "qüsur” olmadığını,
əksinə, solaxay olmağın bir çox üstünlüklərini hamıya sübut etməyə
çalışmışdır. Belə ki, o, öz ordusunda solaxay döyüşçülərdən ibarət 700
nəfərlik hərbi korpus yaratmışdı ki, bu solaxaylardan ibarət korpusun
döyüşçüləri vuruşmanın ən kritik anlarında gözlənilmədən döyüşə
girərdilər. Solaxaylarla vuruşmaq sağçılar üçün rahatsız olduğundan
qələbə həmişə solaxaylara nəsib olurdu.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!