Bayram yeli

Bayram yeli
Maraqlı məlumatlar
10.09.2017 10
Vədə Yeli Azərbaycanda bayramdan qabaq əsən yeldir. Bu yelin əsməsi önəmli bir hadisə sanılır. Azərbaycan folklorunda bu yelin əsməsindən yeddi-on gün sonra, ilin təhvili (köhnə ilin təzə ilə dəyişilməsi) sanılır. Ona görə də, onu "bayram yeli”, və ya "vədə yeli” (müjdə verən yel) adlandırırlar.



Bayram yelinin, başqa yellər (ağyel, meh) kimi olsun deyə, müəyyən bir xarakteri yoxdur, ancaq onun hadisələnməsi önəmli sayılır. Çünki qasırğa olduqda hər şeyi dəyişər. Xalq inanır ki, bu yel əsəndə "halal üşüməz ama haram üşüyər!” (halal ətli heyvanlar üşüməz ama haram ətli heyvanlar üşüyər!). İnsan da haram ətli olduğu üçün bu yeldə üşüyər.



Burada, örnək olaraq, Şəhriyar`ın Heydərbaba`sından bir bənd verilir:

"Bayram yeli çardaxları yıxanda

Novruzgülü qar çiçəyi çıxanda

Ağ buludlar köynəklərin sıxanda

Bizdən də bir yad eliyən sağ olsun

Dərdlərimiz qoy dikəlsin dağ olsun."скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!