Sevdiyiniz rəngə görə xarakteriniz

Sevdiyiniz rəngə görə xarakteriniz
Maraqlı məlumatlar
10.09.2017 36
Qırmızı

Qırmızı
rəngi sevənlər , həyəcanlı və ehtiraslı şəxslərdir. Risk almağı
sevirlər və həyata bir qədər qeyri-ciddi yanaşarlar. Olduqca əyləncəli
şəxsiyyətlərdirlər. Bu ehtiras dolu rəng eyni zamanda özgüvənin də
işarətcisidir. Qətiyyətli, nə istədiyini bilən bu şəxslər bəzən eqaist
də ola bilirlər.



Bənövşəyi

Bənövşəyi
rəng cəsarəti və mənəviyyatı təmsil edən rəngdir. Bu rəngi sevənlər
ümumiyyətlə hissləri güclü olmaqla yanaşı həm də, güclü və yaradıcı
xəyal gücünə sahib olan kəslərdir. Hissləri güclü, duyğusal olan bu
şəxslər başqalarını idarə etməyi sevərlər. Biraz eqaist ola bilirlər.



Mavi

Mavi
bağlılıq, barış, rahatlıq və güvən rəngidir. Bu rəngi sevən şəxlər
əksərən mülayim xarakterli olurlar. Adətən incə rəftarları və həssas
xarakterləri ilə diqqət çəkərlər. Mavi rəngdə geyim insana sakitlik və
rahatlıq verir.



Narıncı

Yaradıcılıq,
əyləncə və səmimiyyəti təmsil edər. Narıncı rəngi sevən kəslər
ümumiyyətlə optimist və sevinc dolu şəxsiyyətlərdir. Narıncı rəng
sevənlər eyni zamanda ünsiyyətcil olmaqları ilə də seçilirlər. Çətin və
gərgin zamanlarda bu isti rəngi geyinmək, adama cəsarət və güc verir .



Çəhrayı

Çəhrayı
rəng qeyri-şərtsiz sevgini təmsil edər. Bu rəngi sevən kəslər
ümumiyyətlə romantik, incə rəftarlı , eşq və şəfqət dolu şəxsiyyətlər
olurlar. Çəhrayı eyni zamanda ümidi da simvolizə edər. Risk almaqdan
qorxmazlar. Ən pis cəhətləri yox deməyi bacarmamalarıdır.



Yaşıl

Yaşıl
rəng sağlamlığı , enerjini və canlılığı təmsil edər. Yaşıl rəngi sevən
şəxslər, ətrafındakılara kömək etməyi sevən insanlar kimi diqqəti cəlb
edirlər. Yaşıl eyni zamanda təbiətin rəngidir və bu rəngi sevənlər
təbiətdə vaxt keçirməyi həddən artıq çox sevirlər.



Sarı

Günəşin
rəngi sarı, enerjini və sevinci simvoludur. Sarı rəngi sevənlər
ətraflarına müsbət enerji yayarlar və cazibədarlıqları ilə diqqət
çəkərlər. Biraz utancaq olan bu şəxslər, qismən də yalana meyilli
olurlar.



Qara

Bu rəngi sevənlər qətiyyətli insanlardır. Tamamilə qara rəngə üstünlük verən insanlarda nifrət və kin hissi yüksək olur.





Dürüstlük,
saflıq rəmzi olan bu rəngi sevənlər təmiz qəlbli olub, yaxşılıq etməyi
sevən insanlar olurlar. Sadəliyi simvolizə edər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!